Bank Of Baku

“Niyə?” tamaşasının premyerası keçirilib - FOTOSESSİYA

“Niyə?” tamaşasının premyerası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 aprel 2012 13:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Simsar” Teatr Studiyasının “Niyə?” adlı tamaşasının premyerası keçirilib. APA-nın məlumatına görə, ssenari müəllifi və quruluşçu rejissoru əməkdar artist Pərviz Məmmədrzayevin olduğu tamaşada “Mənim”, “Şaşa və Bul-bul”, “Xəsis musiqiçi” və “Tutuquşular” adlı mini səhnəciklər yer alır. Komediya janrında olan səhnəciklər insan övladının avam, nəfisli, acgöz kimi xarakterlərə malik olmasından bəhs edir. Rolları gənc aktyorlar Nicat Əlizadə, Azər Rzayev, Elgün Həmidov, Murad Əliyev, Sabir Məmmədov, Səbinə Namazova və Vaqif Əzizov ifa edirlər.

Tamaşanın premyerasına xalq artisti Ramiz Novruz, əməkdar artistlər Elxan Cəfərov, Füzuli Hüseynov, aktyor Anar Heybətov və başqaları qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR