Bank Of Baku

“Eurovision.tv” saytı xaker hücumuna məruz qalıb - YENİLƏNİB

“Eurovision.tv” saytı xaker hücumuna məruz qalıb - <font color=red>YENİLƏNİB</font>
# 24 aprel 2012 13:31 (UTC +04:00)
APA-nın məlumatına görə, artıq bir neçə müddətdir ki sayta giriş mümkün deyil. Hazırda probleminin həllinə çalışılır. Bu problem eyni ilə “Eurovision” mahnı müsabiqəsi ilə bağlı olan digər saytda – “esckaz.com”da da qeydə alınıb.

"Eurovision" Mahnı Müsabiqəsinin kommunikasiya üzrə koordinatoru Yarmo Siim (Jarmo Siim) APA-ya açıqlamasında saytın həqiqətən də kənar müdaxiələlərə məruz qaldığını deyib: "Bizim serverlərin fəaliyyətində bəzi çatışmazlıqlar var. Bu problem müdaxilə cəhdləri ilə bağlıdır. Bizim texniki heyət bu problemi aradan qaldırmaq və eyni hadisələrin gələcəkdə baş verməməsi üçün çalışır".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR