Bank Of Baku

Azərbaycanın «Eurovision -2012» mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva Belçikaya gedir

Azərbaycanın «Eurovision -2012» mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva Belçikaya gedir
# 24 aprel 2012 16:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın «Eurovision -2012» mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva Belçikaya gedir. APA-nın təmsilçinin rəsmi saytına istinadən verdiyi xəbər görə, aprelin 25-də sözügedən ölkəyə yola düşəcək S.Babayeva, Belçikanın 57-ci «Eurovision» təmsilçisi olan İrisin albomunun təqdimatı münasibəti ilə keçiriləcək mərasimdə xüsusi qonaq qismində iştirak edəcək. Səbinə ilə İris ötən həftə sonu Amsterdam da keçirilən «Eurovision İn Concert» layihəsində tanış olublar. Həmin konsertdə Səbinənin çıxışından sonra İrisin anası təmsilçimizə yaxınlaşaraq, onun səsini və mahnısını çox bəyəndiyini deyib və onu bu mərasimə dəvət edib.

Bu mərasimdə iştirakdan sonra isə Səbinə Babayeva Belçika media mənsubları ilə görüşəcək və onlara müsahibələr verərək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR