«Eurovision»un qaliblərinin müsabiqədən sonrakı həyat tarixçəsi
APA-nın “eurovision.az” saytına istinadən verdiyi məlumata görə, 1956-cı ildə keçirilən “Eurovision” mahnı müsabiqəsinin ilk qalibi Lis Assia (Lys Assia-İsveçrə) səhnə həyatına rəqqasə kimi başlayıb. 1940-cı ildən isə müğənni kimi çıxış edib. 1965-ci ildə ailə həyatı qurduqdan sonra həyat yoldaşının otel biznesində çalışmağa başlayıb. 1995-ci ildə həyat yoldaşının vəfatından sonra yenidən səhnəyə qayıdıb. “Eurovision” Mahnı Müsabiqəsinin ilk qalibi sonrakı illərdə demək olar ki, hər il bu layihəyə fəxri qonaq kimi dəvət olunur. 1958-ci ildə isə İsveçrəli müğənni kraliça II Elizabeta qarşısında çıxış edib.
«Eurovision»un 1957-ci ilinin qalibi Jori Broken (Corry Brokken - Niderland) bu uğurdan sonra müxtəlif filmlərdə çəkilib. 1976-ci ildəki «Eurovision» şousunun aparıcısı olub. Bundan sonra isə o, ümumiyyətlə musiqi karyerasına son verərək hakim olmaq qərarına gəlib. Müsabiqənin 1959-cu il qalibi, niderlandlı müğənni Tedi Şoltenin (Teddy Scholten) karyerası bir müddət yüksələn xətlə davam edib. Lakin o, 1974-cü ildə şou biznes sahəsindən uzaqlaşaraq, Niderland Qırmızı Xaç Cəmiyyətinin ictimai əlaqələr üzrə mütəxəssisi kimi çalışıb. Jan Klod Paskalın (1961-ci ilin qalibi - Lüksemburq) «Eurovision» səhnəsində qazandığı qalibiyyət onun həyatında dönüş yaradıb. Paskal özünü moda sahəsində sınayıb, filmlərdə rol alıb.
İtaliyalı müğənni, müsabiqənin 1964-cü il qalibi Ciqliola Çinkvetti (Gigliola Cinquetti - İtaliya) qələbədən sonra yeni bir hitlə bu yarışmaya qayıdıb və bu dəfə 2-ci yerə sahib olub. Lakin Ciqliola sonradan peşə istiqamətini dəyişib. O, indiyədək peşəkar jurnalist kimi fəaliyyət göstərir. İrlandiyalı təmsilçi Dana (İrlandiya) 1970-ci ildə qələbə qazanaraq "All Kinds of Everything" mahnısı ilə bütün Avropa tamaşaçılarının qəlbini fəth edib. O, bir müddətdən sonra musiqi fəaliyyətinə ara verərək, İrlandiyada prezident seçkilərində iştirak edir və 3-cü yeri tutub. 1999-cu ildə isə Dana Avropa parlamentinə seçilib. Lakin bir müddət sonra siyasi fəaliyyətini donduraraq yenidən musiqiyə qayıdıb. 1972-ci ildə Viki Lindrosun (Vicky Leandros - Lüksemburq) əsl ulduz həyatı başlayıb. Həmin il müsabiqədəki qələbəsindən sonra Avropa, Kanada, Amerika və Yaponiyada möhtəşəm karyera qurub. 90-cı illərin sonunda "Titanik" filminin məşhur "My Heart Will Go On" mahnısının alman versiyasını yazdırıb. Viki Yunanıstanda Pirey şəhərinin məsləhətçisi, daha sonra isə şəhər merinin müavini vəzifəsinə seçilib. O, 2008-ci ilədək bu vəzifədə olub. Sonra yenidən musiqi aləminə dönüb və Avropaya səyahət edib.
1974-cü ildə “Eurovision” səhnəsinə çıxarkən ABBA (İsveç) artıq kifayət qədər populyar idi. "Waterloo" mahnısı ilə qalibiyyəti əldə edən qrupun bundan sonra uğurunun ardı-arası kəsilməyib. Onların oxuduğu hər mahnı hitə çevrilib. Qrup üzvlərindən Benny & Björn yazıçı kimi fəaliyyətlərini davam etdirib. ABBA dağılsa da, onun şöhrəti hələ də dillərdə gəzir. «Eurovision» mahnı müsabiqəsi kanadalı müğənni Selin Diona (Celine Diona – İsveçrə) fenomenal uğur gətirib. 1988-ci ildə "Ne Partez Pas Sans Moi" mahnısı ilə qələbə qazanan Selin Dion bundan sonra hər mahnısı ilə bütün dünyada hitlər şahzadəsinə çevrilib. O, bütün dövrlərin ən çox musiqi albomu satılan müğənni kimi məşhurdur. «Eurovision» yarışması ukraynalı müğənni Ruslananın (Ukrayna) həyatını tamamilə dəyişib. Bütün Avropa çartlarını zəbt edən müğənni bundan sonra siyasətə atılıb və 2006-2007-ci illərdə Ukrayna parlamentinin üzvü olub. Qələbə münasibətilə şəxsən Ukrayna prezidentindən mükafat alan Ruslana UNİCEF-in xoşməramlı səfiri təyin edilib. 2011-ci ilin qalib dueti olan Eldar və Nigar (Azərbaycan) Eurovision səhnəsindən Vətənə əsl ulduz kimi dönüb. Eldar Qasımov hazırda Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirir. O, rejissor Yuli Qusmanın lentə aldığı "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsində baş rollardan birinə çəkilib. Nigar Camal da karyerasını uğurla davam etdirir, o, hazırda yeni musiqi albomu üzərində işləyir. Eldar özünü bu il «Eurovision-2012»nin aparıcısı kimi də sınayacaq.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb