Bank Of Baku

Azərbaycanın “Eurovision” təmsilçisi Kiyevdəki pərəstişkarları ilə onlayn görüş keçirib

Azərbaycanın “Eurovision” təmsilçisi Kiyevdəki pərəstişkarları ilə onlayn görüş keçirib
# 28 aprel 2012 09:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanın 57-ci “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva London səfəri ərəfəsində Ukraynada bir neçə televiziya proqramının qonağı olub. APA-nın məlumatına görə, o, Kiyevdə gündəlik qəzetlərdən birinin redaksiyasında pərəstişkarları ilə onlayn görüş keçirib. Səbinə Babayeva 1 saat müddətində fanatlarının və media mənsublarının çoxsaylı suallarını cavablandırıb. O, mayın 26-da «Baku Crystal Hall»dakı böyük şouya hazırlıq, ölkə təmsilçisi seçilənədək keçdiyi yol və və ailəsi haqqında danışıb. Səbinə müsabiqədən sonrakı həyatına dair bəzi kiçik sirləri də tamaşaçıları ilə bölüşüb: "Eurovision” çox böyük layihədir. O, çoxlu güc, qüvvə və fədakarlıq tələb edir. Hələlik bütün diqqətimi yalnız müsabiqəyə yönəltmişəm. Lakin müsabiqədən sonra Azərbaycanın milli mənəvi sərvəti olan muğamı mükəmməl öyrənmək istəyirəm".

Bundan əlavə ölkə təmsilçimiz 2002-ci ildən 2007-ci ilədək yazdırdığı mahnıları bir musiqi albomunda toplamağı planlaşdırır. Hətta alboma özünün bəstələdiyi mahnıları da əlavə edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR