Bank Of Baku

Filipp Kirkorov «Eurovision-2012» ərəfəsində Bakıya gələcək

Filipp Kirkorov «Eurovision-2012» ərəfəsində Bakıya gələcək
# 28 aprel 2012 09:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyanın xalq artisti, tanınmış müğənni Filipp Kirkorov may ayında Bakıya səfəri planlaşdırır. APA-nın məlumatına görə, peşəkar ifaçı Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsində iştirak etmək arzusundadır. Artıq arzusunun reallaşdığını deyən Kirkorov, bu möhtəşəm müsabiqə ərəfəsində Bakıy gələcəyini bildirib. Müğənni «Baku Crystal Hall» yaxınlığından yerləşən «EuroClub»da çıxış edəcək.

Xatırladaq ki, Filipp Kirkorov 1995-ci ildə bu yarışmada təmsilçi qismində də çıxış edib. Azərbaycanın ev sahibliyi etdiyi 57-ci Eurovision mahnı müsabiqəsinə digər ölkələrdən çoxsaylı tanınmışların gələcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR