Bank Of Baku

Diana Qurtskaya: «Azərbaycanı özümə çox doğma hesab edirəm»

Diana Qurtskaya: «Azərbaycanı özümə çox doğma hesab edirəm»
# 30 aprel 2012 09:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Azərbaycana ilk dəfə gəlirəm və bu ölkəni çox sevdim. Hiss edirəm ki, insanlarınızın simasındakı gülüş səmimidir və bu məni çox sevindirir. Azərbaycan xalqı çox mehribandır». APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında aprelin 29-da Dənizkənarı Milli Parkda çıxış edən, 2008-ci ildə Gürcüstanı «Eurovision» yarışmasında təmsil etmiş Diana Qurtskaya deyib.

Azərbaycanın ev sahibliyi etdiyi 57-ci «Eurovision» şousundan söz açan qonaq müğənni, bu yarışmanın Bakıda ən yüksək səviyyədə keçəcəyinə inanır: «Təəssüflənirəm ki, bu cür gözəl ölkədə və möhtəşəm şouda təmsilçi kimi çıxış etmək şansım olmayacaq. Builki yarışmada təmsilçi olan hər bir ifaçının bəxti gətirdi deyə düşünürəm. Builki təmsilçimiz Anri Coxadzeyə uğurlar arzulayıram və uğur qazanacağına ümid edirəm. Buraya çox böyük sevinclə gəldik və çıxışımızın bu cür qarşılanması çox xoş idi».

Azərbaycan mətbəxindən də daddığını deyən D. Qurtskaya, düşbərəni çox sevdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR