Bank Of Baku

“Buranovskiye babuşki” qrupunun üzvləri Azərbaycan dilini öyrənməyə başlayıblar

“Buranovskiye babuşki” qrupunun üzvləri Azərbaycan dilini öyrənməyə başlayıblar
# 01 may 2012 10:26 (UTC +04:00)
APA-nın məlumatına görə, master-klass “nənələr”in “Eurovision-2012” müsabiqəsinə hazırlaşdığı Buranovo Kənd Mədəniyyət Evində keçirilib. Ümumrusiya Azərbaycan Konqresinin Udmurtiya regional bölməsinin rəhbəri Ceyhun Babayev bildirib ki, Azərbaycan və udmurt dillərində bir sıra sözlər eyni köklü olduğu üçün qrup üzvləri dilimizi asanlıqla mənimsəyəcəklər.

“Buranovskiye babuşki” qrupunun üzvləri ilk gün Azərbaycan dilində “ata”, “ana”, “salam”, “sağ ol”, “xudahafis” sözlərini öyrəniblər. Bundan başqa “nənələr” “Biz qalib gələcəyik” sözünü də Azərbaycan dilində ifadə etməyi öyrəniblər.

Qeyd edək ki, “Eurovision-2012” mahnı müsabiqəsi 22-26 may tarixlərində Azərbaycanda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR