Bank Of Baku

“Eurovision village”-də Mədəniyyət və Turizm Nazirliyinin xüsusi lövhəsi qurulub

“Eurovision village”-də Mədəniyyət və Turizm Nazirliyinin xüsusi lövhəsi qurulub
# 19 may 2012 10:54 (UTC +04:00)
Bakı. Anaxanim Hidayətova- APA. Milli Parkda bu gün açılışı nəzərdə tutulan “Eurovision village”-də digər rəsmi tərəfdaşlarla yanaşı Mədəniyyət və Turizm Nazirliyinin də 50 kvadratmetrlik sahədə xüsusi lövhəsi quraşdırılıb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn xarici turistlərə müsabiqə günlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Bakı Şəhər Turu” layihəsi, eləcə də turizm şirkətləri tərəfindən təklif olunan “Bakı – Abşeron” və “Bakı – Şəki” turları haqqında məlumat stenddə öz əksini tapıb. Həmçinin stend ingilis dilində 24 növ müxtəlif reklam-çap məhsulları eləcə də, digər təbliğat materialları ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR