Bank Of Baku

Belarusun “Eurovision” təmsilçiləri: “Yarışmada özümüzə yalnız Səbinə Babayevanı rəqib görürük” - FOTO

Belarusun “Eurovision” təmsilçiləri: “Yarışmada özümüzə yalnız Səbinə Babayevanı rəqib görürük” - <font color=red>FOTO</font>
# 19 may 2012 13:47 (UTC +04:00)
Bakı. Ülkər Raşidqızı- APA. ”Azərbaycan təmsilçisinin çox güclü səs imkanları var. Mahnısı da uğurla seçilib. Buna görə müsabiqəyə qatıldığımız ilk gündən yalnız onunla mübarizə aparacağımıza söz vermişik”. Bunu APA-ya açıqlamasında Belarusu “Eurovision-2012” Mahnı Müsabiqəsində təmsil edən "Litesound" rok qrupunun üzvləri deyib. Onlar budəfəki yarışmada özlərinə rəqib kimi yalnız Səbinə Babayevanın gördüklərini söyləyiblər.

Qeyd edək ki, qrup üzvləri Bakı səhnəsində "We are The Heros" mahnısı ilə 2-ci yarımfinalda çıxış edəcək. Artıq Belarus təmsilçiləri “Bakı Kristall Hall”da 2 məşq keçiriblər. "Litesound" rok qrupunu üzvləri Bakını çox bəyəndiklərini söyləyiblər: “Biz çox sevindik ki, bütün gözəllikləri burda tam şəkildə yaşaya biləcəyik. Şəhərinizin təmiz havası və əsasən də dəniziniz bizi valeh etdi. “Baku Crystal Hall”ın dənizin yaxınlığında yerləşməsi hər birimizə ruh yüksəkliyi verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR