Almaniyanın “Eurovision” təmsilçisi: ‘’ Bu müsabiqədə favoritlərim var” – MÜSAHİBƏ –FOTO
- Səhnədəki çıxışım ürəyimcə oldu. Həm səs, həm video çəkiliş, kameraların professional olaraq biri–birləri ilə növbələşməsi, səhnədən zala açılan görüntü mənə zövq verdi.
- Sizcə,“Crystal Hall” səhnəsi ilə digər səhnələr arasında fərq varmı?
- Düzünü desəm, mənim Almaniyada çıxış etdiyim səhnələr balaca səhnələr olub. Bu cür böyük və işıqlı səhnədə çıxış etmək imkanı qazandığım üçün xoşbəxtəm.
- Bütün təmsilçiləri dinləmək imkanınız olubmu? Favoritləriniz necə , varmı?
- Bütün mahnıları dinləmişəm. Favoritlərim güclü səsə malik olan ecazkar xanım Loren, Danimarka və Norveç təmsilçiləridir.
- Yarışmanın əsas favoritləri arasında sizin də adınız çəkilir…
- Loren, Anqun, Engelbert Hamperdink Qaytana, Nina Zilli kimi ifaçıların yer aldığı yarışmada favorit olmaq inanılmaz xoşdur.
- Səbinə Babayevanın ifasını necə, bəyənirsinizmi?
- Səbinənin ifa etdiyi mahnıda sizin milli musiqi nümunələrindən istifadə olunub. Məhz buna görə də Səbinənin qalib olmaq imkanlarını yüksək qiymətləndirirəm. Çünki Avropa tamaşaçıları bu tərz musiqiləri çox bəyənir.
- Bakını gəzmək imkanınız olubmu?
- Hələ iki gündür burdayam. Ancaq məşqlərdən vaxt qalanda şəhər mərkəzində və dənizkənarı parkda gəzmişəm. Xəzərin sahilində yaşadığınız və hər axşam şəhərə açılan gözəl mənzərəni izləyə bildiyiniz üçün şanslısınız.
- Hər kəs Sizi ötən ilki qaliblərdən biri olan Eldara bənzədir. Onunala görüşmüsünüzmü?
- Eldarla hələ Almaniyada ikən görüşmüşdük. Həqiqətən yaxşı insandır. İşini mükəmməl görməklə yanaşı, həm də çox əyləncəli və gülərüz insandır.
- Bakıya gəlməmişdən öncə Lena ilə görüşüb məsləhətlər almısınızmı?
- Bəli, görüşmüşük. Lena mənə həyəcanlanmamağı, səhnədə yalnız hisslərimi tamaşaçıya çatdırmaq barədə düşünməyi məsləhət gördü. Onun dediyinin öhdəsindən gəlsəm, bunun mənə mütləq uğur gətirəcəyini dedi.
- Builki iştirakçılar arasında ən yaraşıqlı oğlan təmsilçi siz seçilmisiniz. Bəs sizin fikrinizcə ən yaraşıqlı qadın təmsilçi kimdir?
- İlk üçlüyüm Loren, Soluna Samay və Səbinə Babayevadır.
- “Eurovision” yarışmasından sonrakı planlarınız nədən ibarətdir?
- Qalib gələcəyim təqdirdə bir həftə ərzində bütün dostlarımla əylənmək və qalibiyyətimi qeyd etmək fikrindəyəm. Hazırda yeni albom üzərində işləyirəm. Almaniyaya qayıdan kimi ilk işim albomu bitirmək olacaq. Bəlkə yarışmada ifa etdiyim “Standing Still” mahnısını bir neçə başqa dillərdə də yazdırdım.
- Deyəsən, döyməni və futbolu çox sevirsiniz…
- Bəli, həddindən artıq çox sevirəm və o səbəbdən də bədənim də kifayət qədər döymələr var. Futbola gəlincə, artq 7 ildir ki ara vermədən futbolla məşğulam və bu mənim vaz keçə bilmədiyim hobbimdir.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsi ilə bağlı hökumətin planlarına qarşı etirazlar keçirilib
WSJ: ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür
Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gəlib
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir