Bank Of Baku

Sloveniyanın “Eurovision 2012” təmsilçisi Eva Boto favoritlərinin adları açıqlayıb-FOTO

Sloveniyanın “Eurovision 2012” təmsilçisi Eva Boto favoritlərinin adları açıqlayıb-<font color=red>FOTO</font>
# 20 may 2012 08:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision 2012” mahnı müsabiqəsində Sloveniyanı “Verjamem" mahnısı ilə təmsil edən Eva Boto “Crystal Hall” səhnəsindəki ikinci məşqinin birinci ilə müqayisədə daha yaxşı keçdiyini bildirib.

O, APA-ya açıqlamasında builki təmsilçilər arasında favortilərinin İsveç, Azərbaycan və Danimarka təmsilçilərinin olduğunu da vurğulayıb: “Köhnə Bakının küçələrində gəzmək fürsətim olduğu üçün özümü şanslı sayıram. Qala qapılarından İçərişəhərə girər-girməz özümü nağıl qəhrəmanı kimi hiss etdim. Milli mətbəxiniz isə o qədər ləzzətlidir ki, gərgin iş qrafiki olmasaydı, yəqin dayanmadan yeməklərinzdən dadardım. Toyuqlu plovun dadına baxan kimi hazırlanma qaydası ilə maraqlandım. Sloveniyaya geri dönəndə bu yeməkdən hazırlayıb dostlarımı qonaq çağıracam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR