Bank Of Baku

Oleq Qazmanov: “Bu gözəl şəhərdə, mehriban insanlar qarşısında konsert verməyə hazıram” - FOTO

Oleq Qazmanov: “Bu gözəl şəhərdə, mehriban insanlar qarşısında konsert verməyə hazıram” - <font color=red>FOTO</font>
# 21 may 2012 08:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. ““Eurovision” yarışmasının Azərbaycanda keçirilməsi və bu cür yüksək səviyyədə təşkili çox sevindiricidir. Uzun müddətdən sonra Azərbaycana gəlirəm və bu gözəl şəhərdə bir gün olacağam, gəzmək imkanım çox da olmayacaq. Amma ölkənin inkişafı göz önündədir və bu bizi çox sevindirir”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiyanın xalq artisti Oleq Qazmanov deyib.

Rusiyanın “Eurovision-2012”-də təmsilçiləri “Buranovskie babuşki” qrupunun şərəfinə düzənlənmiş mərasimdə iştirak etmək üçün ölkəmizə səfər edən Oleq Qazmanov, Bakıda konsert vermək istəyini də açıqlayıb: “Əgər sizdən təklif gəlsə, proqramımın çox gərgin olmasına belə baxmadan bu gözəl şəhərdə, mehriban insanlar qarşısında konsert verməyə hazıram. Səhnədə hər zaman gənc və yaşlı Oleq tamaşaçıları cəlb edir. Səhnədə olarkən mənim hazırkı mahnılarım tamaşaçılar tərəfindən daha çox bəyənilir və bu da o deməkdir ki, hələ də gənc olan Oleqin bu yaşda ifa etdikləri daha çox bəyənilir. Bu mənim hər zaman köməyimə çatır”.

Oleq Qazmanov Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsində favoritinin «Buranosvkie babuşki» qrupu olduğunu da deyib: «Bu il demək olar ki, mahnıları eşitməmişəm. O səbəbdən də elə favoritlərim nənələrimizdir. Özüm heç zaman “Eurovision” müsabiqəsində iştirak etmək istəyində olmamışam. Ümumiyyətlə, müsabiqəpərəst deyiləm. O səbəbdən də nə indi, nə də sonra “Eurovision”a qatılmaq istəmirəm. Kimə nə olduğumu sübut etmək niyyətində olmamışam və mənim üçün ən əsası sevənlərimi səhnədə məmnun etməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR