Bank Of Baku

Bakı «EuroVillage»ində ilk konsertlər keçirilib - VİDEO

Bakı «EuroVillage»ində ilk konsertlər keçirilib - <font color=red>VİDEO</font>
# 21 may 2012 10:12 (UTC +04:00)
Bakı. Ülkər Rəşidıqızı – APA. «Eurovision-2012» mahnı müsabiqəsinin əsas məkanlarından biri olan «EuroVillage» səhnəsində konsertlərə start verilib.

APA-nın məlumatına görə, bir həftə ərzində «Azercell»in səhnəsində yerli və xarici ulduzların konsertləri, müxtəlif əyləncə və müsabiqələr keçiriləcək.

Müsabiqənin baş sponsoru “Azercell Telekom” “Eurovision-2012” ərəfəsində də artıq bir sıra maraqlı və əyləncəli təşəbbüslər, sürpriz və hədiyyələrə vəd edən unudulmaz tədbirlər həyata keçirməkdədir. Mayın 19-dan etibarən Dənizkənarı Milli Parkda Kukla Teatrının arxasındakı ərazidə fəaliyyətə başlayan bu məkanda mayın 20-də xüsusi “dj”lərin iştirakı ilə diskoteka təşkil olunub. Eyni zamanda səhnədə «Eurovision 2008»də təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə «Day after day» mahnısını ifa ediblər. «EuroVillage» səhnəsində eləcə də «Eurovision-2012»də İsveçrəni təmsil edən «Sinplus», Gürcüstan təmsilçisi Anri Coxadze və Rumıniyanı təmsil edən «Mandinga» qrupu çıxış ediblər.

Qeyd edək ki, «EuroVillage» ərazisinə giriş tam sərbəstdir. Hər gün mütəmadi olaraq müxtəlif proqramların həyata keçiriləcəyi bu məkan, mayın 26-na kimi fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR