Bank Of Baku

Qədim Azərbaycan mədəniyyətini simvolizə edən Qavaldaşı «Eurovision» səhnəsinə gətirilib - FOTO

Qədim Azərbaycan mədəniyyətini simvolizə edən Qavaldaşı «Eurovision» səhnəsinə gətirilib - <font color=red>FOTO</font>
# 22 may 2012 00:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün, mayın 22-də «Baku Crystal Hall» səhnəsində Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision 2012» mahnı müsabiqəsinin I yarımfinal mərhələsi keçiriləcək. APA-nın məlumatına görə, 18 ölkənin yarışacağı yarımfinal mərhələsindən 10-u finala vəsiqə qazanacaq.

İkinci yarımfinal üçün hazırlanan interval aktı şousunda qədim Azərbaycan musiqi mədəniyyətini simvolizə edən Qavaldaşı “Eurovision” səhnəsinə çıxarılıb. Bu möhtəşəm şounu həm zaldan, həm də televiziya ekranlarından izləyən milyonlarla tamaşaçı Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi olacaq. İnterval şousunda Avropaya Azərbaycanın milli musiqi alətləri tar, balaban, nağaranın canlı ifası təqdim olunur. Qədim Qavaldaşında «Natiq» Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinov ifa edib. Bu şouda Azərbaycan Dövlət Rəqs Ansamblının, eyni zamanda «Natiq» Ritm Qrupunun ifası yaddaqalan olub. Artıq «Baku Crystal Hall»ında yarımfinalın əsas məşqi uğurla başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR