Bank Of Baku

Emin Ağalarov: “Əminəm ki, Avropa “Crystal Hall”da baş tutacaq yarımfinal və final şoularını çox bəyənəcək” – MÜSAHİBƏ

Emin Ağalarov: “Əminəm ki, Avropa “Crystal Hall”da baş tutacaq yarımfinal və final şoularını  çox bəyənəcək” – <font color=red>MÜSAHİBƏ</font>
# 22 may 2012 02:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov “Eurovision 2012” ərəfəsində APA-ya eksklüziv müsahibə verib. Sənətçi Azərbaycanın ev sahibliyi etdiyi 57-ci Eurovision mahnı müsabiqəsindən, bu yarışmanın interval aktı üçün hazırladığı xüsusi şoudan və favoritlərindən danışıb. Emin eləcə də mayın 26-da “Baku Crystal Hall”da ölkəmizi təmsil edəcək Səbinə Babayevaya uğurlar diləyib, bu möhtəşəm zaldakı məşqlərindən danışıb.

- Bu gün artıq “Baku Crystal Hall”da Azərbaycanın ev sahibliyi etdiyi Eurovision 2012 yarışmasının I yarımfinalı keçiriləcək. Müsabiqənin təşkilatçılıq səviyəsini necə qiymətləndirirsiniz?

- “Baku Crystal Hall”un içində olmuş biri kimi deyə bilərəm ki, bu zal dünyadakı ən böyük zalları da geridə qoya bilər. Düşünürəm ki, bu səhnədə cıxış etmək istənilən sənətçi üçün şərəfdir. Bu işin içində olan insanlar isə öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Əminəm ki, Avropa “Crystal Hall”da baş tutacaq yarımfinal və final şoularını çox bəyənəcək.

- Builki şouda iştirak edəcək təmsilçilər arasında favoritləriniz varmı?

- Vətənpərvər bir insan kimi əsas favoritim əlbəttə, Səbinə Babayevadır. Həmçinin “Buranvskiye babuşki” və Enqelbert Hamperdinki də dəstəkləyirəm.

- Eşitmişik, final şousunun interval aktı üçün səhnədə qeyri-adi şou hazırlayırsınız?

- Bu yarışmanın formatına uyğun olan və Avropada sevilən “Never Enough” adlı mahnımı ifa edəcəyəm. Bir neçə dəqiqə ərzində davam edəcək ifam düşünürəm ki, çox yaddaqalan olacaq. Səhnədə özümdən başqa 68 nəfər yer alacaq. Düşünürəm Çıxışım Avropanın zövqünü oxşayacaq.

- Gələcək yaradıcılıq planlarınız barədə nə deyə bilərsiniz?

- Hazırda bütün dünya dinləyicilərin diqqətinə çatdırılacaq mahnımın səsyazma işləri ilə məşğulam. Həm Azərbaycanda, həm də digər ölkələrdəki dinləyicilərim tez zamanda bu mahnını eşidə biləcəklər.

- Bakıya gələn turistlərə nə məsləhət görərdiniz?

- Ən azından vaxt edib İçərişəhərə, Qız Qalasına, Dənizkənarı Milli Parka getsinlər. Ancaq təkcə Bakını deyil, Azərbaycanın Qəbələ, Şəki, Quba, Zaqatala və digər-gəzib görməli yerlərinə baş çəksinlər. Əminəm ki, peşiman olmayacaqlar və Odlar Yurdundan böyük zövq alacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR