Bank Of Baku

Bakı Caz Mərkəzində Səbinə Babayevanın şərəfinə mərasim təşkil olunub - FOTOSESSİYA

Bakı Caz Mərkəzində Səbinə Babayevanın şərəfinə mərasim təşkil olunub - <font color=red>FOTOSESSİYA</font>
# 22 may 2012 07:40 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə çıxış edən Səbinə Babayeva final öncəsi ona dəstək olan hər kəsə minnətdarlığını bildirib: “Hər birinizi Odlar Yurdunun paytaxtında salamlayıram. Bu möhtəşəm müsabiqədə və məsuliyyətli işdə hər birinizə uğurlar diləyirəm”.

Çıxışdan sonra qonaqlar Səbinənin ifasında Azərbaycanın xalq mahnısı «Sarı gəlin»i dinləmək imkanı qazanıblar. Səbinənin qonaqları sırasında Türkiyə təmsilçisi Can Bonomo, Serbiya təmsilçisi Zeljko Yoksimoviç, Malta təmsilçisi Kurt Kalleya, Gürcüstan təmsilçisi Anri Coxadze də olub. Daha sonra ölkə təmsilçisi repertuarındakı digər mahnıları, caz musiqilərini, eləcə də «When The Music Dies»ı ifa edib. Səbinənin ifası sürəkli alqışlarla müşayiət olunub.

“Eurovision-2012” müsabiqəsinin digər təmsilçiləri Səbinəyə öz ifaları ilə dəstək olublar. Hər bir iştirakçı təmsilçimizə uğurlar arzulayıb, onun mükəmməl səsə və istedada malik olduğunu deyiblər. Qonaqlara Səbinənin müsabiqə mahnısının yer adlığı disklər təqdim olunub.

Mərasimdə məşhur cazmen ifaçısı İsfar Sarabkski də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR