Bank Of Baku

“Eurovision-2012” Serbiya təmsilçisi: “Azərbaycan dili çox gözəl dildir”

“Eurovision-2012” Serbiya təmsilçisi: “Azərbaycan dili çox gözəl dildir”
# 22 may 2012 07:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Serbiyanın tanınmış müğənnisi və bu il ölkəsini “Eurovision-2012”də təmsil edən Zeljko Yoksimoviç müsabiqə mahnısı olan "Nije ljubav stvar"ı Azərbaycan dilində ifa edib. APA-nın məlumatına görə, müsabiqə mahnısını bir neçə dildə hazırlayan Zeljko, bu sıraya Azərbaycan dilini də əlavə edib. Sənətçi mayın 21-də Səbinə Babayevanın partisində mahnısını Azərbaycan versiyasını təqdim edib. Onun bu addımı bütün tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib və Zeljko ayaq üstə alqışlanıb.

“Azərbaycan dili çox gözəldir. Sözsüz ki, bu mahnının Azərbaycan dilində oxumağımda çətinliklər oldu, lakin azərbaycanlı dostların köməyi ilə mən bunu etdim. Ümid edirəm ki, mahnımın Azərbaycan dilli versiyasını bəyənəcəksiniz. Yanlış tələffüzümə görə üzr istəyirəm. Lakin mahnını çox ürəkdən ifa etdim”. Mahnının Azərbaycan dili versiyasını öz albomuna daxil etmək ideyasını yüksək qiymətləndirən Zeljko, bu ideyadan yararlanacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR