Bank Of Baku

Macarıstanın “Eurovision-2012” təmsilçiləri Bakını bu yarışmanın keçirilməsi üçün ideal məkan sayır - FOTO

Macarıstanın “Eurovision-2012” təmsilçiləri Bakını bu yarışmanın keçirilməsi üçün ideal məkan sayır - <font color=red>FOTO</font>
# 22 may 2012 11:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsində Macarıstanı təmsil edən “Compact Disco” qrupunun üzvləri Bakının bu cür irimiqyaslı yarışmanın keçirilməsi üçün ideal yer olduğunu bildiriblər. “Baku Crystall Hall” səhnəsində çıxış etməkdən böyük zövq aldıqlarını söyləyən qrup üzvləri APA-ya açıqlamalarında Bakı sakinlərinin gülərüz və yardımsevər olduqlarını söyləyiblər. Onlar əsas favortilərinin Slovakiya təmsilçisi Max Jason Mainin olduğunu deyiblər: “Əsas məqsədimiz vətənimizi layiqincə təmsil edib qələbə qazanmaqdır. Çünki insanlarımız artıq bu yarışmanın bizim ölkədə keçməsini çox istəyirlər. İstərdik ki, insanlarımıza bu sevinci bəxş edən məhz biz olaq”.

“Compact Disco” üzvləri Bakıdan geri dönərkən yaxınlarına mütləq Azərbaycan şirniyyatlarından alıb aparacaqlarını qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR