Bank Of Baku

Jurnalistlər və fanatların I yarımfinaldakı favoriti Yunanıstandır - VİDEO

Jurnalistlər və fanatların I yarımfinaldakı favoriti Yunanıstandır - <font color=red>VİDEO</font>
# 22 may 2012 12:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision-2012” mahnı müsabiqəsinin bu gün keçiriləcək I yarımfinal mərhələsinin hazırlıqları davam edir. APA-nın məlumatına görə, bu gün saat 00:00-da bu möhtəşəm səhnədə 18 ölkə təmsilçisi yarışacaq. Onlardan 10-u mayın 26-da keçiriləcək final mərhələsində çıxış etmək imkanı qazanacaq. Ölkələr bu sıralanma ilə çıxış edəcəklər: Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San-Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya.

Mətbuat Mərkəzində mətbuat nümayəndələri və fanatlar arasında keçirilən sorğuya əsasən bugünkü yarımfinalın birincisi 487 səslə Yunanıstan olub. İlk onluqda Yunanıstanla yanaşı, Rumıniya, Rusiya, İslandiya, Kipr, İrlandiya, Danimarka, Moldova, İsveçrə, Albaniya var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR