Bank Of Baku

«Eurovision 2012» mahnı müsabiqəsinin finalı 46 televiziya kanalında nümayiş olunacaq

«Eurovision 2012» mahnı müsabiqəsinin finalı 46 televiziya kanalında nümayiş olunacaq
# 22 may 2012 18:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision 2012» mahnı müsabiqəsinin şouları 46 ölkədə yayımlanacaq. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbər görə, bunlar builki müsabiqədə iştirak edən 42 ölkə, eləcə də Avstraliya, Qazaxıstan, Ermənistan və tanınmamış «Kosovo Respublikası»dır.
Qeyd edək ki, «Eurovision 2012» mahnı müsabiqəsi iki yarımfinalı və finalı mayın 22, 24 və 26-da keçiriləcək. Hər yarımfinal mərhələsində 18 ölkə iştirak edir və hər mərhələdən finala keçmək uğrunda 10 ölkə mübarizə aparacaq. Eurovision şouları Mərkəzi Avropa vaxtı ilə saat 21.00-da başlayacaq.
Bu gün Bakı vaxtı ilə saat 00.00-da "Bakı Kristal Zalı"da Eurovision 2012-nin ilk yarımfinalı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR