Bank Of Baku

Azərbaycan ərazisindən səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə olacaq

Azərbaycan ərazisindən səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə olacaq
# 22 may 2012 19:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün «Eurovision 2012» mahnı müsabiqəsi I yarımfinalı keçiriləcək. Yarımfinal şousu Bakı vaxtı ilə gecə 00.00-da "Baku Crystal Hall"nda başlayacaq. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, bu şou ölkənin İctimai Televiziyası ilə canlı yayımlanacaq. Yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində yarışçılara səs göndərmək mümkün olacaq. Azərbaycan ərazisində səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə mümkün olacaq. Səsvermə qaydası belədir: bəyəndiyiniz ölkə təmsilçisinin çıxış ardıcıllığının nömrəsini 9450-yə SMS-lə göndərirsiniz. Bir telefondan maksimum 20 səs göndərmək mümkündür. Bir SMS 60 qəpikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR