Bank Of Baku

«Alov qəsri»nin üzərində Eurovision 2012 mahnı müsabiqəsində iştirak edən ölkələrin bayraqları əks olunur

«Alov qəsri»nin üzərində Eurovision 2012 mahnı müsabiqəsində iştirak edən ölkələrin bayraqları əks olunur
# 22 may 2012 19:12 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bir neçə saatdan sorna Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” mahnı müsabiqəsinin I yarmfinal mərhələsi keçiriləcək. APA-nın məlumatına görə, artıq müsabiqənin keçirildiyi “Baku Crystal Hall”a tamaşaçı axını var. Bununla bağlı, arenaya gələn yollarda nəqliyyatın gediş-gəlişi məhdudlaşdırılıb. Konsertə gələn tamaşaçılar şəhərin mərkəzində xüsusi ayrılmış shuttle-buss tipli avtobuslarla “Crystal Hall”a çatdırılır.

Hazırda arena ətrafında minlərlə tamaşaçı içəri daxil olur. “Crystal Hall”dan göyə ucalan işıq bütün tamaşaçıları heyran edib. Bu arenanın üzərindəki rəngli işıqlarda insanların marağına səbəb olan digər amillərdən biridir.

Bildirək ki, I yarımfinalın başlanmasına bir neçə qalmış, paytaxtın ən yüksək nöqtəsində yerləşən “Alov qəsri”nin üzərində müsabiqədə iştirak edən ölkələrin bayraqları əks olunur.

I yarımfinalda 18 ölkə yarışacaq və ölkələrdən 10-u finala vəsiqə qazanacaq. Yarımfinalın nəticələri açıqlandıqdan dərhal sonra isə Mətbuat Mərkəzində mətbuat konfransı keçiriləcək. Bu mətbuat konfransında finala çıxan 10 ölkə püşkatma nətiəsində finalda çıxış edəcəkləri nömrə məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR