Bank Of Baku

İtaliya təmsilçisi Nina Zilli: “”Eurovision” bütün Avropanı bir araya gətirən musiqi bayramıdır” - MÜSAHİBƏ

İtaliya təmsilçisi Nina Zilli: “”Eurovision” bütün Avropanı bir araya gətirən musiqi bayramıdır” - <font color=red>MÜSAHİBƏ</font>
# 23 may 2012 09:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision 2012” mahnı müsabiqəsində İtaliyanı təmsil edən və birbaşa finalda çıxış edəcək Nina Zillinin APA-ya müsahibəsi.

- Bakının qonağı olmazdan öncə şəhərimiz haqqında nə bilrdiniz?

- Düzünü desəm, bura gəlməzdən öncə paytaxtınız haqqında elə də çox şey bilmirdim. Amma artıq bu şəhər ömürlük mənim yaddaşıma həkk olundu. Müxtəlif mədəniyyətlərin bir araya gəldiyi Bakı əminəm ki, şəhərinizə təşrif buyuran hər kəsin xoşuna gələcək.

- “Eurovision” səhnəsi bir çox ifaçıların arzusunda olan bir məkandır. Bəs bu səhnə sizin üçün nə anlam daşıyır?

- “Eurovision” bütün Avropanı bir araya gətirən musiqi bayramıdır. Düşünürəm ki, məhz bu yarışma böyük bir ailə olduğumuzu yadımıza salır.

- “Baku Crystal Hall” xoşunuza gəldimi?

- Mənim dayım burada işləyir. Hələ “Crystal Hall”un tikinti işləri davam edərkən o, bu məkanın şəkillərini çəkib mənə göndərmişdi. Onları ilk gördüyümdə yanımda olub üzümün heyrət dolu ifadəsini görə bilsəydiniz, məkanı nə qədər bəyəndiyimi sözlə ifadə etməyə ehtiyac qalmazdı.

- Yarışmadakı favoritiniz kimdir? Azərbaycan təmsilçisi Səbinə Babayevanın ifası haqqında nə deyə bilərdiniz?

- Dediyim kimi, biz böyük bir ailəyik və mən bu ailədə heç kəs arasında ayrı-seçkilik salmaq istəmirəm. Səbinə Babayevaya gəlincə, o, gözəl xanım olmaqla yanaşı, öz işinin ustasıdır. İfa etdiyi mahnı isə həqiqi mədəniyyət nümunəsidir.

- Bəs Ninanın builki yarışmadan gözləntiləri nədir?

- Əsas hədəfim yüksək səviyyəli ifa nümayiş etdirmək və Avropa tamaşaçılarının bu musiqi bayramından zövq almasına şərait yaratmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR