Bank Of Baku

Səbinə Babayeva uşaqlıqdan pərəstiş etdiyi Engelbert Hamperdinklə görüşüb - FOTOSESSİYA

Səbinə Babayeva uşaqlıqdan pərəstiş etdiyi Engelbert Hamperdinklə görüşüb - <font color=red>FOTOSESSİYA</font>
# 23 may 2012 11:35 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanı “Eurovision 2012” mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva Böyük Britaniya təmsilçisi, 4 “Grammy” sahibi, tanınmış sənətçi Elgelbert Hamperdinklə görüşüb. APA-nın məlumatına görə, birbaşa finalda çıxış edəcək hər iki ifaçı bir-birinə uğur arzulayıb.

S. Babayeva pərəstiş etdiyi Engelbertin görüşünə üzərində onun fotosu əks olunmuş köynəklə gəlib. Üzərində öz fotosu yer alan köynəyi isə Səbinə britaniyalı müğənniyə təqdim edib. Dünyanın 5-ci ən varlı müğənnisi Engelbert Hamperdink Səbinənin ifasından danışıb: “Mən sizin səhnədəki məşqinizi izlədim. Bundan çox böyük həzz aldım və sevindim. Çünki gənc nəslin arasında bu cür istedadların olması məni xoşbəxt edir. Finalda layiqli yer tutmağınızı arzu edirəm və ümidvaram ki, belə də olacaq”.

Səbinə Babayeva da öz növbəsində Engertin mahnıları ilə böyüdüyünü söyləyib: “Anam mən balaca olarkən sizin mahnılarınızı zümzümə edərdi. Mən sizin mahnılarınızın sədaları ilə böyümüşəm və hər zaman səsiniz qarşısında heyran qalmışam. Azərbaycan xalqı sizi çox sevir və Böyük Britaniyanı məhz sizin təmsil etməyiniz hər birimiz üçün tarixi andır”.

Görüşdən sonra Səbinə və Engelbert fotolar çəkdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR