Bank Of Baku

“Eurovision” 2012-nin II yarımfinalının mətbuat üçün məşqi keçirilib- FOTOSESSİYA

“Eurovision” 2012-nin II yarımfinalının mətbuat üçün məşqi keçirilib- <font color=red>FOTOSESSİYA</font>
# 23 may 2012 20:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün «Baku Crystal Hall» səhnəsində Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision 2012» mahnı müsabiqəsinin II yarımfinalının mətbuat üçün məşqi keçirilib. APA-nın məlumatına görə, bu gün müsabiqə səhnəsində Zeljko Yoksimoviç (Serbiya), Kaliopi (Makedoniya), Joan Franka (Niderland), Kurt Kalleya (Malta), "Litesound" qrupu (Belarus), Filipa Sousa (Portuqaliya), Qaytana (Ukrayna), Sofi Marinova (Bolqarıstan), Eva Boto (Sloveniya), Nina Badric (Xorvatiya), Lorin (İsveç), Anri Joxadze (Gürcüstan), Can Bonomo (Türkiyə), "Ott Lapland" qrupu (Estoniya, Max Jason (Slovakiya), Tooji (Norveç), Maya Sar (Bosniya və Herseqovina), Donny Montell (Litva) məşq ediblər. “Eurovision” Mahnı Müsabiqəsinin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcək. Bu gün müsabiqənin ikinci yarımfinalının interval aktının şousunun da məşqi keçirilib. Son 5 ilin “Eurovision” Mahnı Müsabiqəsinin qalibləri “Baku Crystal Hall”nda çıxış ediblər. Bununla əlaqədar bu gün Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar maraqlı çıxışlarla yadda qalıblar. Maraqlı məqam odur ki, “Eurovision” ulduzları bu şouda tamaşaçılar qarşısına indiyədək görmədiyimiz bir üslubda çıxış ediblər. Adıçəkilən tanınmış ifaçılar bu dəfə mahnılarını Azərbaycan musiqi alətlərinin müşayiəti ilə təqdim ediblər. Dima Bilan öz müsabiqə mahnısı olan "Believe"i balabanın, Mariya Şerifoviç "Molitva"nı tarın, Aleksandr Rıbak "Fairytale" mahnısını kamançanın, Lena Mayer isə "Satellite" mahnısını sazın müşayiəti ilə remix versiyada ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR