Bank Of Baku

Bu gün “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinalı keçiriləcək - VİDEO

Bu gün “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinalı keçiriləcək - <font color=red>VİDEO</font>
# 24 may 2012 08:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bugünkü müsabiqədə 18 ölkə təmsilçisi mübarizə aparacaq. Bu sırada Serbiyanı təmsil edən Zeljko Yoksimoviç (Serbiya), Kaliopi (Makedoniya), Joan Franka (Niderland), Kurt Kalleya (Malta), "Litesound" qrupu (Belarus), Filipa Sousa (Portuqaliya), Qaytana (Ukrayna), Sofi Marinova (Bolqarıstan), Eva Boto (Sloveniya), Nina Badric (Xorvatiya), Lorin (İsveç), Anri Coxadze (Gürcüstan), Can Bonomo (Türkiyə), "Ott Lapland" qrupu (Estoniya), Max Jason (Slovakiya), Tooji (Norveç), Maya Sar (Bosniya və Herseqovina), Donny Montell (Litva) var.

Ötən gün gecə keçirilən II yarımfinal şousunun əsas məşqi uğurla başa çatıb. Mətbuat Mərkəzində jurnalistlər və pərəstişkarlar arasında keçirilən səsverməyə görə bu yarımfinalın birincisi Türkiyə təmsilçisi Can Bonomo olacaq. O, 805 səslə səsvermədə birinci yeri tutub. Jurnalistlərin arasında populyarlığa görə növbəti yerləri İsveç, Serbiya, Norveç, Ukrayna, Malta, Belarus, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Estoniya, Makedoniya, Sloveniya, Niderland, Litva, Portualiya, Slovakiya və Gürcüstan tutur.

Qeyd edək ki, bu gün keçirilən II yarımfinal şousu saat 00:00-da baş tutacaq. Bu möhtəşəm şou müxtəlif televiziya kanallarında canlı yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR