Engelbert Hamperdink: “Həyatda heç bir şey öz ölkəni “Eurovision”da təmsil etməkdən önəmli ola bilməz” - MÜSAHİBƏ
- Bu təklifi alanda heç bir tərəddüd etmədim. Çünki bu, həm mənim özüm, həm də yaradıcılığım üçün yeni bir işdir. Daim yeniliklər etməyi sevirəm. Bu gün təklifi qəbul edib, bütün bunların şahidi olmaqdan dolayı xoşbəxtəm.
- 4 “Grammy” sahibisiniz. Bu mükafat musiqi sahəsində ən yüksək mükafat hesab olunur. Bu gün isə “Eurovision”da çıxış edirsiniz. Belə nəticə çıxarmaq olarmı ki, Engelbert Hamperdink üçün “Eurovision” “Grammy”dən daha üstündür?
- Həyatda heç bir şey öz ölkəni “Eurovision” mahnı müsabiqəsində təmsil etməkdən önəmli ola bilməz. O səbəbdən də mən - 150 milyondan çox albomu dünyada satılmış, musiqi sahəsində bir çox mükafatlar qazanmış Engelbert Hamperdink bu gün Böyük Britaniyanı bu müsabiqədə təmsil etməkdən şərəf duyuram.
- Dünya miqyasında tanınmaq sizinlə digər iştirakçılar arasında fərq yaradırmı?
- Yeganə fərq çoxsaylı tamaşaçıların mənim simamı tanımasıdır. Əgər bəzi iştirakçıları tamaşaçılar məhz “Eurovision” vasitəsilə tanıyırsa, mən “Eurovision”dan öncə tanınan və sevilən bir simayam.
- Bilirik ki, Hollivvudda adınıza ulduz var. Öz adına ulduzu olmaq necə bir hissdir?
- Doğrudur, mənim adıma ulduz 20 il bundan öncə Ruzvelt mehmanxanasının qarşısında qurulub. Təbii ki, insanın öz adına ulduzu olması və onun yaşarkən ulduza çevrilməsi yaşamaq və yaratmaq istəyini artırır. Yaşarkən tarixə düşürsən. Əminliklə deyirəm ki, Azərbaycanı “Eurovision 2012”də təmsil edən Səbinə Babayevanın da bir neçə ilə bu cür ulduzu olacaq.
- Bütün dünyanı gəzən biri kimi Bakı haqqında fikirlərinizi eşitmək istərdik.
- Bura gələndən bəri əsas işim şəhərin gəzməli-görməli yerlərinə baş çəkməkdir. Çox gözəl və təmiz şəhəriniz var. “Baku Crystal Hall”da məşqimiz baş tutub və bu səhnə möhtəşəmdir. Bu illər ərzində çoxsaylı və müxtəlif səhnələrdə çıxışlarım olub, amma bu, ən gözəlidir. Azərbaycana buna görə minnətdarlıq edirəm.
- Mayın 26-da “Baku Crystal Hall” səhnəsində çıxış edəcəksiniz. Finaldan öncə özünüzü necə hiss edirsiniz?
- Bu cür möhtəşəm bir yarışma hər kəsin, eləcə də musiqisevərlərin səbirsizliklə gözlədikləri bir hadisədir. Biz isə hazırda bu hadisənin əsas qəhrəmanlarıyıq. Əsas məqsədim bütün dünya tamaşaçıları və musiqisevərlərinə öz ifamı layiqincə təqdim etmək və gur alqışlar qazanmaqdır! İfamı dinləyin və bəyənin. Ən əsası budur.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Rusiyada yük qatarının 20 vaqonu relsdən çıxıb, yanğın baş verib
Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsi ilə bağlı hökumətin planlarına qarşı etirazlar keçirilib
WSJ: ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür
Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gəlib
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub