Bank Of Baku

İngiltərə KİV: “BBC telekanalının efirində Böyük Britaniyanın “Eurovision-2012” təmsilçisi Bakıda siyasi bəyanat verməyə təhrik edilib”

İngiltərə KİV: “BBC telekanalının efirində Böyük Britaniyanın “Eurovision-2012” təmsilçisi Bakıda siyasi bəyanat verməyə təhrik edilib”
# 24 may 2012 11:30 (UTC +04:00)
APA-nın Böyük Britaniyanın “Dailymail” nəşrinə istinadən yaydığı məlumata görə, ““Eurovision”un çirkin sirləri” filminin bir epizodunda E. Hamperdinkin BBC telekanalının “Panorama” verilişinə müsahibəsi nümayiş olunub.

Proqramın aparıcısı Kris Kenyon verilişin gedişində Hamperdinkdən nə üçün “Eurovision”da iştirak qərarı verdiyini, müsabiqəyə ev sahibliyi edən Azərbaycanda insan hüquqlarının vəziyyətinə münasibətini soruşub. Daha sonra Kris Kenyon üzərində "Please, release them!" (“Xahiş edirik, onları buraxın”) sözləri yazılmış futbolkanı müğənniyə təqdim edib. Lakin veriliş boyunca müğənni futbolkanı geyinməyib.

Nəşr daha sonra yazır: “Bununla da Azərbaycanda siyasi məhbusların mövcudluğuna işarə vurub. Bu, həm də Hamperdinkin məşhur “Please, release me” hitinə işarədir”.

“Dailymail” yazır ki, müğənni suallara çox sakitliklə və gülümsəyərək reaksiya verib. Lakin müsahibədən sonra Hamperdinkin prodüseri Kris Hyulet bəyan edib ki, “Panorama” proqramının müğənnini “siyasətə təhrik etməsi və onu reaksiya verməyə məcbur etmək istəyi” onda heyrət və məyusluq doğurub.

Rusiyanın “Ekspress” qəzeti isə Britaniya KİV-inə istinadən ingilis jurnalistlərinin müğənnidən Bakıda bəyanat səsləndirməsini, Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə çağırmasını istədiklərini yazıb: “Amma Enqelbert əvvəlki sakitliyini pozmayıb. O, siyasətə qarışmaq istəmədiyini, musiqinin siyasətə heç bir aidiyyəti olmadığını vurğulayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR