Bank Of Baku

Aleksandr Rıbak: “Mən məşhurlaşmaq istəmirəm”

Aleksandr Rıbak: “Mən məşhurlaşmaq istəmirəm”
# 24 may 2012 13:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Çox yorulmuşam, özümü tənha hiss edirəm və bu klipdə daxili aləmim təzahür olunur”. APA-nın məlumatına görə, bunu 2009-cu ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak bu gün “Baku Crystal Hall”da keçirdiyi mətbuat konfransında deyib. O, yeni “Strela amura” klipini mətbuat nümayəndələrinə təqdim edib.

Ukraynada çəkilən klipdə müğənni hazırkı həyatını göstərməyə çalışır: “Mən məşhurlaşmaq istəmirəm. Məşhur ulduzlar kimi hər şeyə hə demək fikrində də deyiləm. Mən sadəcə, musiqiçi və bəstəkar kimi qalmaq istəyirəm”.

A. Rıbak builki təmsilçilər arasında Rusiyanı təmsil edən “Buranovskiye babuşki”yə daha çox pərəstiş etdiyini açıqlayıb. Müsabiqədə qalib olmağın sirlərindən danışan ifaçı, bunun üçün təmsilçinin insan ruhuna, insan qəlbinə yaxın olmasını əsas sayır: “Gözəl şou, mahnı, performansdan başqa, təmsilçi insanın ürəyinə yaxın olmalıdır. Yalnız bu yolla uğur qazanmaq mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR