Bank Of Baku

“Eurovision-2012”nin türk əsilli Niderland təmsilçisi: «Məncə, türk xalqı məni dəstəkləyəcək»

“Eurovision-2012”nin türk əsilli Niderland təmsilçisi: «Məncə, türk xalqı məni dəstəkləyəcək»
# 24 may 2012 15:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. «Bakını çox sevdim. Bu ölkədə hər kəs yardımsevərdir, insanlar çox mehdirban və gülərüzdür. Bizim Dənizkənarı Bulvarda partimiz oldu, təxminən iki minə yaxın insan gəldi və partidə çox həvəslə iştirak etdilər». Bu açıqlamanı APA-ya «Baku Crystal Hall»da keçiriləcək II yarımfinalda Niderlandı təmsil edəcək, türk əsilli Joan Franka deyib.

Əsl adı Aytən Qalan olan Joan Franka atasının türk, anasının isə hollandiyalı olduğunu deyib: «Yarı türk, yarı hollandam və bundan qürur duyuram. «Eurovision»da iştirakdan dolayı çox xoşbəxt və qürurluyam. Özümü hər iki ölkənin bir hissəsi kimi hiss edirəm. Məncə Türk xalqı məni dəstəkləyəcək».

Joan deyib ki, finala keçib-keçməyəcəyini indidən söyləmək çox çətindir: «Mən hələ bununla bağlı dəqiq heç nə deyə bilmirəm. Belə şeylərə öncədən proqnoz vermək çətindir. Hazırda gözləməyə və nəticəni gözləməyə üstünlük verirəm».

Ötən ay Türkiyədə olduğunu xatırladan Niderland təmsilçisi Türkiyəni çox sevdiyini deyib: “Ötən ay mən Adana və Mersində konsertlər vermişəm. Bacılarımdan Türkiyədə yaşayan da var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR