Bank Of Baku

«Eurovision 2012»nin II yarımfinal 18 ölkə öz şousunu nümayiş etdirib

«Eurovision 2012»nin II yarımfinal 18 ölkə öz şousunu nümayiş etdirib
# 24 may 2012 22:23 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün «Baku Crystal Hall»da Azərbaycanın ev sahibliyi etdiyi II yarımfinal şousunun 18 iştirakçısının hər biri şousunu nümayiş etdirib. APA-nın məlumatına görə, təmsilçilərdən ilk olaraq səhnəyə Serbiya adından çıxış edən Zeljko Yoksimoviç çıxıb. Özünü «Eurovision» veteranı adlandıran sənətçi, «Nije ljubav stvar” mahnısını peşəkarlıqla ifa edib. Makedoniya təmsilçisi Kaliopinin müsabiqə mahnısı "Crno E Belo"nu səhnədə çıxışı mətbuatın alqışları ilə müşayiət olunub. Niderland təmsilçisi Joan Franka "You And Me" mahnısını ifa edərkən gitarada çalıb. Malta təmsilçisi Kurt Kalleya «This is the night» pozitiv ruhlu çıxışı və ritmik rəqsləri ilə diqqət cəlb edib. Belarusu təmsil edən "Litesound" qrupunun "We Are The Heroes" mahnısının ifası zamanı möhtəşəm «Baku Crystal Hall»ndakı işıq effektləri qoz oxşayıb. Bu işıqlardan peşəkar səviyyədə istifadə olunub. Səhnəyə 6 nömrə altında çıxan Portuqaliya təmsilçisi Filipa Sousa da "Vida Minha" mahnısı altında maraqlı perfomans nümayiş etdirib. Ukrayna təmsilçisi Qaytana "Be My Guest" mahnısı üçün hazırlanmış şouda yenə də gül çələngindən istifadə edib. Onun ifası 4 rəqqasın müşayiəti ilə hazırlanan səhnə şousu ilə yadda qalıb. Bolqarıstan təmsilçisi Sofi Marinova "Love Unlimited" mahnısı vasitəsi ilə 11 ildə «Mən səni sevirəm» deyib. Sloveniya təmsilçisi Eva Boto lirik "Verjamem" mahnısını ifa edərkən onunla birgə səhnədə ağ geyimdə 5 qız olub. Xorvatiyanı Bakıda təmsil edən Nina Badrić «Nebo» mahnısı altında özünəməxsus və mahnının ritminə uyğun şou nümayiş etdirib. Builki müsabiqənin əsas favoritlərindən olan İsveç təmsilçisi Lorin (Loreen) "Euphoria" mahnısı altında səhnədə əvvəl tək, sonda isə öz tərəf müqabili ilə olub. Plastikası ilə seçilən Lorin səhnədə bütün bacarıqlarını nümayiş etdirib və qeyri-adi səhnə geyimi ilə fərqlənməyi bacarıb. Gürcüstan təmsilçisi Anri Coxadze "I’m A Joker" mahnısını ifa edərkən səhnədə böyük ölçülü baraban və royalda ifa etməsi ilə yanaşı, rəqs etməsi də alqışlarla qarşılanıb. Onu bu ifa zamanı 5 rəqqas müşayiət edib. Türkiyə təmsilçisi Can Bonomo «Love Me Back» , Estoniyanı təmsil edən «Ott Lapland» «Kuula», builki müsabiqədə yeganə rok ifaçısı Slovakiya təmsilçisi Max Jason "Mai Don’t Close Your Eyes", Norveç təmsilçisi Tooji "Stay", Bosniya və Herseqovina Maya Sar "Korake Ti Znam", Litva təmsilçisi Donny Montell "Love Is Blind"i ifa edib.

I yarımfinalda olduğu kimi, hər ölkənin çıxışından əvvəl gözəl Azərbaycanı tərənnüm edən müvafiq video-roliklər nümayiş olunub. Bu videolarda Azərbaycanın mədəniyyət ocaqları, mədəniyyət və incəsənəti, güləş oyunları, paytaxt Bakı, «Alov qəsri», müxtəlif məkanlar və digər yerlər olub.
Eləcə də «Baku Crystal Hall» da bu gün çıxış edən 18 ölkənin bayrağı ilə işıqlanıb.

Türkiyə nümayəndə heyəti «Baku Crystal Hall»ın «Green room»unda Türkiyə və Azərbaycan bayrağını birgə ucaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR