Bank Of Baku

Can Bonomo mətbuat konfransına Azərbaycan və Türkiyə bayraqları ilə gəlib

Can Bonomo mətbuat konfransına Azərbaycan və Türkiyə bayraqları ilə gəlib
# 25 may 2012 00:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Finala vəsiqə qazanmaq çox gözəldir. Mən çox xoşbəxtəm”. APA-nın məlumatına görə, bunu “Eurovision-2012” mahnı yarışmasının II yarımfinal mərhələsindən finala vəsiqə qazanmış Türkiyə təmsilçisi Can Bonomo bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi müsabiqədə çox güclü səslər var: «Bu cür güclü səslərlə mübarizə aparmaq özü də gözəl hissdir. Böyük şouda yer almaqdan çox məmnunam. Finalda hər kəsə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Can Bonomo mətbuat konfransına əlində Azərbaycan və Türkiyə bayraqları ilə gəlib. Yarımfinal mərhələsinin qalibləri açıqlandığı zaman isə salondakı tamaşaçıların əlində Türkiyə və Azərbaycan bayraqları qoşa dalğalanıb. Türkiyə təmsilçisinin adı sonuncu açıqlandığı üçün salonda dəfələrlə tamaşaçıların “Türkiyə, Türkiyə” çağırışları eşidilib.

Mətbuat konfransına Ukrayna təmsilçisi Qaytana Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirərək, yüksək səviyyəli müsabiqəyə görə ölkəmizə təşəkkür edib.

Malta təmsilçisi Kurt Kalleya da Azərbaycana olan sevgisini elə ana dilimizdə səsləndirib: «Sevirəm səni Azərbaycan!»

Makedoniya təmsilçisi Kaliopi isə qazandığı uğurlara görə mətbuat konfransında iştirak edən həyat yoldaşına təşəkkürünü bildirib: «Sən nəinki mənə, çoxsaylı insanlara yaxşılıqlar etmisən. Məni səni sevirəm».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR