“Eurovision-2012” mahnı müsabiqəsinin finalı ərəfəsində dünyanın bir sıra aparıcı KİV-i Azərbaycan haqqında nə yazır? - İCMAL
APA-nın xəbərinə görə, Britaniyanın “Economist” jurnalında “Musiqinin səsləri” başlıqlı yazıda qeyd edilir ki, dünya mediası “Eurovision”a hazırlıq ərəfəsində Azərbaycanda insan haqlarının durumuna ciddi diqqət yetirir. Lakin Avropa Yayım Birliyinin nümayəndələri şəxsi söhbətlərdə tez-tez sual verirlər ki, insan haqları pozuntularının mövcud olduğu Rusiya və Türkiyə kimi ölkələr müsabiqəyə ev sahibliyi edərkən niyə bu məsələyə indiki kimi diqqət göstərilmirdi?”
Məqalənin müəllifi qeyd edir ki, nikbinlər Azərbaycanda uzunmüddətli dəyişikliklərin toxumlarının atıldığını görə bilər: “Energetika iqtisadiyyatın başlıca sahəsi olaraq alır. 2017-ci ilə qədər “Şahdəniz” yatağının ixrac potensialının iki dəfə artacağı gözlənilir. Lakin bununla yanaşı, neft hasilatı azalır. Hökumət əvvəl-axır iqtisadiyyatın diversifikasiyası haqqında düşünməli olacaq”.
“The Wall Street Journal” qəzeti isə Azərbaycan hökumətinin paytaxta yeni obraz qazandırmaqda əldə etdiyi uğurlara toxunub: “Prestijli layihələrin tez müddətdə həyata keçirilməsi bu boz sovet şəhərini öz vitrinləri və işıqları ilə bərq vuran bir şəhərə çevirib. Hava limanına gedən yol və Xəzər sahilindəki bulvar genişləndirilib. Bulvardan alov formasında 3 binadan ibarət 350 milyon dollarlıq “Flame Towers” kompleksi görünür. Müxalifət fəalları öz narazılıqlarını bildirmək üçün “Eurovision”dan uğurla istifadə etsələr də, azərbaycanlıların çoxu “Eurovision”a bayram və milli qürur mənbəyi kim baxır”.
Maran Terner CNN üçün yazdığı məqalədə sual verir: “Eurovision” nə üçün Azərbaycanda keçirilməməlidir?” Müəllif qeyd edir ki, müsabiqənin siyasiləşməsinə yol verilməyəcəyinə dair vədlərə baxmayaraq, bu faktiki olaraq mümkün deyil: “Mahiyyətcə, bu, sənətçilərin müsabiqəsidir. Lakin bu heç də belə deyil. Bu, Avropa siyasətinin parlaq təzahür formasıdır. Bu şou 1956-cı ildən başlayaraq regional siyasəti əks etdirir”. Müəllif hesab edir ki, bu müsabiqə Azərbaycan xalqına özünü təkcə ən yaxşı tərəfdən tanıtmaq imkanı vermir: “Eurovision” həm də bizim üçün diqqətimizi müsabiqəni keçirən ölkənin hökuməti üzərində cəmləşdirmək və islahatlara başlamağı tələb etmək imkanı verir”.
Fransada nəşr olunan “Le Monde” qəzeti yazır ki, “Eurovision” müsabiqəsi gənc respublika olan Azərbaycana ölkədə ilk dəfə beynəlxalq əhəmiyyətli tədbir keçirmək imkanı verib. Qəzet Azərbaycan iqtisadiyyatının dinamik inkişafda olduğunu qeyd edir və müxtəlif tikililərlə göz qamaşdıran paytaxt Bakını “Qafqazın Dubayı” adlandırır. Fransanın nüfuzlu nəşrlərindən olan “Le Monde”nin müxbiri Qiyom Perrye qeyd edir ki, son səkkiz ildə ölkədə ümumi daxili məhsulun həcmi üç dəfə artıb, eyni zamanda maaşlar da artıb, lakin bununla belə əhalinin qazancı aşağı səviyyədədir. Ölkənin enerji ehtiyatları ilə bağlı rəqəmləri açıqlayan müəllif bu ehtiyatların son dərəcə çox olduğunu bildirir: “Azərbaycan zəngin enerji resurslarına sahibdir, ölkənin gəlirlərinin 90 faizi bu resursların payına düşür. İqtisadi artım göstəriciləri başgicəlləndiricidir – 2005-ci ildə iqtisadi artım 26,4%, 2006-cı ildə 34,6%, 2007-ci ilin əvvəllərində isə 41% təşkil edib”.
Qəzet Dağlıq Qarabağ münaqişəsinə də yer ayırıb: “Qonşu Ermənistan hələ də Azərbaycan ərazilərinin 16 faizini işğal altında saxlayır, söhbət Dağlıq Qarabağdan və ona bitişik rayonlardan gedir”. “Le Monde” ölkədə bir milyona yaxın qaçqının olduğunu da xatırladıb. Qəzet bildirir ki, hazırda Azərbaycanın hərbi büdcəsinin həcmi Ermənistanın dövlət büdcəsinə bərabərdir.
Fransanın digər nüfuzlu nəşri “Le Figaro” hesab edir ki, Moskva üçün “Olimpiada-80” nə deməkdirsə, Azərbaycan üçün “Eurovision” müsabiqəsi bunun ekvivalentidir. Qəzet yazır ki, Bakıda bayram əhval-ruhiyyəsi hökm sürür, bununla belə məmurlar artıq müxalifətin, Qərb hüquq müdafiəçilərinin və Azərbaycana düşmənçilik münasibəti bəsləyən qonşu ölkələrin indiyədək presedenti olmayan tənqidlərinə cavab verməkdən beziblər: “Prezident İlham Əliyev “İkinci Dubay” adlandırılan Bakı üçün heç nəyi əsirgəmir”.
Qəzet həmçinin ölkədə turizm infrastrukturunun inkişafından da söz açıb. O, qeyri-hökumət təşkilatlarının məlumatlarına əsaslanaraq, insanların evlərindən köçürülmə zamanı mülkiyyət hüquqları ilə bağlı mübahisələr yarandığını da qeyd edib.
Müxbir Pyer Avril həmçinin “Eurovision” müsabiqəsinin keçirilməsi ilə əlaqədar İranın Azərbaycana qarşı tutduğu sərt mövqeyə də yer verib: “İran öz şimal sərhədlərində dünyəvi dövlətin mövcudluğunu heç cür qəbul edə bilmir”.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Rusiyada yük qatarının 20 vaqonu relsdən çıxıb, yanğın baş verib
Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsi ilə bağlı hökumətin planlarına qarşı etirazlar keçirilib
WSJ: ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür
Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gəlib
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub