Səbinə Babayeva: “Məhz Azərbaycanda baş tutan “Eurovision” yarışmasında vətənimi təmsil etməkdən qürur duyuram”
![Səbinə Babayeva: “Məhz Azərbaycanda baş tutan “Eurovision” yarışmasında vətənimi təmsil etməkdən qürur duyuram”](https://apa.az/storage/news/2012/may/25/big/blank.jpg)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision 2012” Mahnı Müsabiqəsində Odlar Yurdunu “When The Music Dies” mahnısı ilə təmsil edən Səbinə Babayeva qalib ölkəni təmsil etməyin böyük məsuliyyət olduğunu bildirib. S.Babayeva APA-ya açıqlamasında məhz Azərbaycanda baş tutan “Eurovision” yarışmasında vətənini təmsil etməkdən qürur duyduğunu söyləyib.
“Eldar və Nigara bu sevinci, bayramı bizə bəxş etdikləri üçün təşəkkür edirəm. Bu ilki yarışmada yer aldığım və istedadlı ifaçılarla mübarizə aparacağım üçün xoşbəxtəm. “Crystal Hall” səhnəsində böyük muğam ustadımız, Azərbaycanın xalq artisti Alim Qasımovla birgə çıxış edəcəyim üçün inanılmaz qürurluyam. Sabah baş tutacaq finalda bütün dünya Azərbaycanlılarının mənə dəstək durmasını istəyirəm. Nə qədər uzaqda olmağınızdan asılı olmayaraq, sizin dəstəyiniz bütün qəlbimlə hiss edəcəyəm. Əmin olun ki, dəstəyiniz mənə ruh yüksəkliyi verəcək və səhnədəki çıxışımın möhtəşəm olmasına kömək olacaq”, deyə müğənni bildirib.

Mədəniyyət siyasəti
![Berlində Azərbaycan dili həftəsonu məktəbinin açılışı olub - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/24/big/6679046d4caf06679046d4caf117192070216679046d4caec6679046d4caee.jpeg)
Berlində Azərbaycan dili həftəsonu məktəbinin açılışı olub - FOTO
![Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir - <span class="red_color">FOTO](https://apa.az/storage/news/2024/june/22/big/66771cedec77966771cedec77a171908222166771cedec77766771cedec778.jpeg)
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir - FOTO
![10-cu Bakı Beynəlxalq Kitab Sərgisində bir neçə Çin nəşriyyatı iştirak edəcək](https://apa.az/storage/news/2024/june/22/big/6676c765d7f586676c765d7f5917190603256676c765d7f556676c765d7f57.jpg)