Bank Of Baku

Dünya azərbaycanlılarının nəzərinə: Azərbaycanı «Eurovision 2012»də təmsil edən Səbinə Babayevanı dəstəkləyin!

Dünya azərbaycanlılarının nəzərinə: Azərbaycanı «Eurovision 2012»də təmsil edən Səbinə Babayevanı dəstəkləyin!
# 26 may 2012 20:04 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision 2012” mahnı müsabiqəsinin final şousunda insan çoşqusu var. APA-nın məlumatına görə, bir saatdan sonra Azərbaycanın ev sahibliyi etdiyi möhtəşəm final şousunu canlı izləmək üçün minlərlə insan «Baku Crystal Hall»a üz tutub.

Hazırda «Crystal Hall»ın dörd bir yanı insanlarla doludur. Məhz bu gün Bakı səhnəsində 57-ci «Eurovision» mahnı müsabiqəsinin qalibi məlum olacaq. Builki qalib 26 ölkə - Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna və Moldova təmsilçiləri arasından seçiləcək. Bildirək ki, artıq ötən günkü perfomanslara görə münsiflər öz səslərini veriblər. Tamaşaçılar isə məhz bu gün öz səslərini səsvermə üçün ayrılmış 15 dəqiqədə verəcəklər.

Dünya azərbaycanlıların nəzərinə: Bu gün Azərbaycanı «Eurovision 2012»də təmsil edən Səbinə Babayeva 13 nömrə altında çıxış edəcək. Hər ölkənin öz koduna 13 rəqəmi yazmaqla Səbinə Babayevanı öz səsinizlə dəstəkləyə bilərsiniz. Azərbaycandan Səbinə Babayevaya göndərilən səslər sayılmayacaq.

Azərbaycan vətəndaşları isə 9450 nömrəsinə bəyəndiyi ifaçının çıxış etdiyi nömrəni yazaraq dəstək ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR