Bank Of Baku

Cenevrədə “Light Your Fire” gecəsi təşkil edilib

Cenevrədə “Light Your Fire” gecəsi təşkil edilib
# 27 may 2012 01:45 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində “Eurovision-2012” beynəlxalq musiqi yarışmasının final mərhələsinin keçirilməsi ilə bağlı “Light Your Fire” gecəsi təşkil olunub. Tədbirdə Daimi Nümayəndəliyin və İsveçrədə fəaliyyət göstərən SOCAR-Trading şirkətinin kollektivi ilə yanaşı, xarici qonaqlar, bu ölkədə yaşayan həmvətənlərimiz, Azərbaycan diasporunun nümayəndələri və İsveçrədə təhsil alan Azərbaycanlı tələbələr iştirak ediblər. Tədbir iştirakçıları musiqi yarışmasının final mərhələsini izləmiş və “When the music dies” mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi Səbinə Babayevanı dəstəkləyiblər.

Mərasimin əvvəlində Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir M.Nəcəfbəyli qonaqları salamlamış və ölkəmizin dünyada qeyri-idman hadisəsi kimi ən böyük televiziya auditoriyasına malik "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsinə görə həmvətənlərimizi bir daha təbrik edib. O, bu yarışmanın Azərbaycana müstəqillik illərində qazandığımız uğurları nümayiş etdirmək üçün əlavə imkanlar yaratdığını qeyd edib.

Səfir M.Nəcəfbəyli eyni zamanda xarici dövlətlərdə yaşayan Azərbaycanlıların hər zaman dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb. Həmvətənlərimizin məskunlaşmış olduqları ölkələrin ictimai-siyasi həyatındakı rolunun tədqiq olunması, soydaşlarımız ilə vətən arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, onların qarşılaşdığı problemlərin aradan qaldırılmasının zəruriliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Təsadüfi deyil ki, “Eurovision-2012” beynəlxalq mahnı yarışmasının bu il Azərbaycanda keçirilməsində xaricdə yaşayan həmvətənlərimizin böyük rolu olub.

Tədbir “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsinin izlənilməsi ilə sona çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR