Bank Of Baku

“Eurovision-2012” müsabiqəsinin finalı NATO Parlament Assambleyasını heyrətləndirib

“Eurovision-2012” müsabiqəsinin finalı NATO Parlament Assambleyasını heyrətləndirib
# 28 may 2012 08:44 (UTC +04:00)
Bakı-APA. “Eurovision-2012” mahnı müsabiqəsinin finalı NATO Parlament Assambleyasının Tallində keçirilən yaz sessiyasında iştirak edən parlamentarilər tərəfindən də yüksək qiymətləndirilib. APA-nın məlumatına görə, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.

NATO PA-nın Tallində keçirilən yaz sessiyasına Azərbaycan nümayəndə heyətinin tərkibində qatılan Qüdrət Həsənquliyev Assambleyanın bu gün keçirilən toplantısından öncə hər kəsin “Eurovision-2012”nin möhtəşəm finalından danışdığını bildirib: “Müsabiqənin finalı hər kəsi heyrətləndirib. Bu gün tamamilə fərqli ölkələri təmsil edən parlamentarilər bizə yaxınlaşır və ölkəmizin bu uğurlu təşkilatçılığına görə bizi də təbrik edirdilər. NATO Parlament Assambleyası kimi nüfuzlu bir qurumda təmsil olunan insanlardan hər kəsin önündə ölkəmiz haqqında bu qədər gözəl sözlər eşitmək, onların necə heyrətləndiklərini görmək olduqca qürurvericidir. Buna görə də, İctimai Televiziyaya, “Eurovision-2012” mahnı müsabiqəsinin təşkilat komitəsinə dərin minnətdarlığımı bildirirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR