Bank Of Baku

Səbinə Babayeva “Eurovision 2012”-də «Press Award» mükafatına layiq görülüb

Səbinə Babayeva “Eurovision 2012”-də «Press Award» mükafatına layiq görülüb
# 28 may 2012 18:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanı “Eurovision 2012” mahnı müsabiqəsində təmsil edən və 42 ölkə arasında dördüncülük əldə edən Səbinə Babayeva builki müsabiqədə mətbuatın mükafatına (Press Award) layiq görülüb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, möhtəşəm şouda “When the music dies” mahnısını ifa edən Səbinə Babayeva media mənsublarının səsverməsində birinci olaraq bu mükafata layiq görülüb.
Müsabiqədə «ən yaxşı müğənni» (Artistic Award) mükafatı elə “Eurovision 2012”-nin qalibi İsveç təmsilçisi Lorinə (Loreen) təqdim edilib. 57-ci “Eurovision” Mahnı Müsabiqəsində «ən yaxşı bəstəkar» müsabiqədə qalib mahnı «Euphoria»nın bəstəkarlı Tomas Gison və Peter Bostroma verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR