Bank Of Baku

Məşhur ingilis rejissoru Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaq - FOTO

Məşhur ingilis rejissoru Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaq - <font color=red>FOTO</font>
# 29 may 2012 08:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov məşhur ingilis rejissoru Yan Braun və Britaniya Şurasının mədəniyyət proqramları rəhbəri Qreqori Neşi qəbul edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş çərçivəsində Azərbaycan-İngiltərə teatr əlaqələrinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri, “British Council”, Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının birgə hazırladıqları yeni layihənin detalları müzakirə olunub.

Görüşdə Azərbaycan-İngiltərə teatr əlaqələrinin inkişaf etdirilməsi üçün konkret təkliflər irəli sürülüb. Əldə olunan razılığa görə, Yan Braunun yaxın vaxtlarda Akademik Milli Dram Teatrında Şekspirin əsərlərindən biri əsasında yeni tamaşa hazırlaması planlaşdırılır. Yan Braun Lids şəhərində Qərbi Yorkşir Dram Teatrının bədii rəhbəri və icraçı direktorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR