Bank Of Baku

Əli Əmirli Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə pyes həsr edib

Əli Əmirli Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə pyes həsr edib
# 29 may 2012 08:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yazıçı-dramaturq Əli Əmirli müəllim kimi çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr etdiyi “Siz teatrı sevirsinizmi?” adlı pyesini bitirib. Əli Əmirlinin APA-ya verdiyi məlumata görə, universitetin rektoru, professor Timuçin Əfəndiyevin ideyası əsasında yazılmış pyesin janrını dramaturq sənədli-bədii kollaj kimi müəyyən edib.

Müxtəlif dövrlərdə yaşamış və fəaliyyət göstərmiş bir çox məşhur tarixi şəxsiyyətlərin yer aldığı bu əsərdə müəllif 1923-cü ildə nəinki Azərbaycanda, bütün Şərqdə ilkin olaraq yaradılmış teatr məktəbi əsasında formalaşan, zamanın tələblərinə uyğun olaraq ayrı-ayrı inkişaf mərhələlərini keçərək Teatr İnstitutuna, daha sonra İncəsənət İnstitutuna və nəhayət, 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilən unikal sənət və təhsil ocağının səhnə modelini yaratmağa çalışıb. Universitetin yubileyi ərəfəsində səhnəyə qoyulacaq bu əsərdə tamaşaçılar Belinski, Stanislavski, Ərəblinski kimi teatr və mədəniyyət korifeyləri ilə yanaşı, Azərbaycan teatrının inkişafında misilsiz xidmətləri olmuş Şövkət Məmmədova, Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov kimi unudulmaz sənətkarların obrazlarını görə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR