Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb – FOTOSESSİYA

Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb – <font color=red>FOTOSESSİYA </font>
# 02 iyul 2012 15:24 (UTC +04:00)
APA-nın məlumatına görə, imzalanma mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanov arasında baş tutub. Əbülfəs Qarayev bildirib ki, saziş mədəniyyət və incəsənət müəssisələri, turizm sənayesi üçün peşəkar kadr hazırlığı sahəsində, habelə ümumi orta təhsil müəssisələri, o cümlədən uşaq yaradıcılıq mərkəzləri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin respublikanın qoruq və muzeylərində tarix, diyarşünaslıq və bədii təhsil üzrə səyyar dərslərinin təşkili və keçirilməsi sahəsində əməkdaşlıq haqqındadır. Nazirin sözlərinə görə, tərəflər respublikanın turizm, mədəniyyət və incəsənət sahələrinin peşəkar mütəxəssislərə olan tələbatını nəzərə alaraq, aidiyyəti ali və orta ixtisas məktəblərinə tələbə qəbulu üzrə dövlət sifarişinin hazırlanmasının tənzimlənməsi, həmin müəssisələrdə kadrların hazırlıq işinin təkmilləşdirilməsi, gənc mütəxəssislərin işlə təmin olunması qaydalarının müəyyənləşdirilməsi, əlavə təhsilin, stajkeçmə və kadr hazırlığının təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin artırılması, birgə elmi tədqiqatların aparılması və s. sahələrdə əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdiriblər. Sazişdə birgə konfrans, seminar və dəyirmi masaların təşkili, turizm elminin inkişaf etdirilməsi, sahələrin maraqlarına cavab verən gənc alimlərin hazırlanması, elmi tədqiqatların dəstəklənməsi, uşaq və gənclərin beynəlxalq standartlara uyğun təhsil alması, gənc istedadların dəstəklənməsi, yaradıcılıq imkanlarının genişləndirilməsi şəraitinin yaradılması, mövcud olan müxtəlif tipli tədris müəssisələrinin fəaliyyətlərinin geniş inteqrasiya formatında qurulması kimi vacib məsələlər öz əksini tapıb. Eyni zamanda tərəflər arasında Azərbaycanda musiqi təhsilinin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsinin təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyinin birgə işçi qrupunun yaradılması üzrə müvafiq əmrin imzalanması da baş tutub. İşçi qrupa hər iki nazirliyin məsul əməkdaşları, ali və orta ixtisas təhsil müəssisələri və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təcrübəli sahə mütəxəssisləri daxil ediləcək.

İmzalanan sənədi çox vacib hesab edən təhsil naziri Misir Mərdanov, bu sənəddə göstərilən bəndlərin hər birinin icrasının önəmliliyini qeyd edib. Nazir, Azərbaycan tarixi və digər bu kimi fənlərdə bu mədəniyyət ocaqlarına getməyin üstünlüyünü vurğulayıb: “Elə bir mühit yaradılmalıdır ki, istər şagirdlər, tələbələr, istərsə də müəllimlər teatrla məcburiyyət qarşısında deyil, istəyərək getsinlər. Sözsüz bunlar olduqca önəmli məsələlərdir və imzalanan bu sazişin hər bir bəndinin icrası önəmlidir”.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, eləcə də mədəniyyət və turizm nazirinin müavinləri, Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR