Bank Of Baku

V “Astana-Arkau” Türk Musiqisi Festivalı “Bozqurdun 10 oğlu” tarixi-dini kompozisiyası ilə açılacaq

V “Astana-Arkau” Türk Musiqisi Festivalı “Bozqurdun 10 oğlu” tarixi-dini kompozisiyası ilə açılacaq
# 03 iyul 2012 13:44 (UTC +04:00)
Bakı - APA. V “Astana-Arkau” Türk Musiqisi Festivalının Təşkilat Komitəsi tədbir ərəfəsində Astanada mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, konfransda məşhur qazax musiqiçisi Ramazan Stamqaziev, türkiyəli ifaçı İrfan Gürdal, Sibirdə yaşayan türk mənşəli şor xalqının musiqilərini ifa edən Çıltıs Tannaqaşeva, prodüser Askar Umarov və rejissor Nurkanat Jakıpbayev iştirak ediblər.

Qeyd edək ki, V “Astana-Arkau” Türk Musiqisi Festivalı iyulun 5-7-də Astanadakı Sülh və Həmrəylik Sarayında keçiriləcək. Artıq beşinci ildir keçirilən festivalın məqsədi türk dünyasının və türk musiqi sivilizasiyasının birliyini nümayiş etdirməkdir. Tədbirin informasiya dəstəyi “APA-Group” mediaholdinqi, “TRT-Avaz” telekanalı, Başqırdıstan sputnik televiziyası və “Qazaxıstan” Respublika Teleradiokorporasiyasına məxsusdur.

Festival qazax və türk dillərində aparılacaq. İlk dəfə olaraq aparıcı Türkiyədən olacaq. Bu, türk musiqisinin məşhur aparıcısı, Türk Musiqisi Mərkəzinin aparıcı əməkdaşı İrfan Gürdaldır.

Festivalda Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə, Qaraqalpaq, Tatarıstan, Başqırdıstan, Qaqauz Yeri, Tıva, Yakutiya, Dağlıq Altay, noqay və uyğurların nümayəndələri iştirak edəcək. Bundan başqa, itməkdə olan azsaylı türk xalqlarından uranxaylar, şorslar və teleutlar da ilk dəfə olaraq tədbirə qatılacaq.

Tədbir mənşəyini əks etdirən “Bozqurdun 10 oğlu” adlı dini-tarixi kompozisiya ilə açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR