Bank Of Baku

Gürcüstanın “Erisioni” mahnı və rəqs ansamblı Şəkidə konsert verib - FOTOSESSİYA

Gürcüstanın “Erisioni” mahnı və rəqs ansamblı Şəkidə konsert verib - <font color=red>FOTOSESSİYA</font>
# 04 iyul 2012 13:12 (UTC +04:00)
Şəki. Ülkər Qasımova – APA. Şəkidə keçirilən III “İpək yolu” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Aşağı Karvansarayda Gürcüstanın məşhur “Erisioni” mahnı və rəqs ansamblının konserti keçirilib. APA-nın məlumatına görə, konsertdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

İyunun 30-dan start götürən festivala Azərbaycanla bərabər, Türkiyə, Gürcüstan, İran və Cənubi Koreyadan musiqiçilər qatılıb. Festivalın əhəmiyyətindən söz açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin təbliği, eyni zamanda ölkələr arasında mədəniyyətlərin qovuşması baxımından önəmli olduğunu vurğulayıb.

“Erisioni” qrupunun özünəməxsus çıxışı maraqla qarşılanıb. Tədbirin sonunda atəşfəşanlıq olub.

Qeyd edək ki, III “İpək yolu” Beynəlxalq Musiqi Festivalı bu gün başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR