Bank Of Baku

III “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başa çatıb - FOTOSESSİYA

III “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 05 iyul 2012 09:51 (UTC +04:00)
Şəki. Ülkər Qasımova – APA. Şəkidə keçirilən III “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başa çatıb. APA-nın məlumatına görə, Aşağı Karvansarayda təşkil olunan qapanış mərasimində Niyazi adına simfonik orkestr çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Azad Əliyev dağlar qoynunda, füsunkar təbiətdə keçirilən bu festivalı Azərbaycan musiqisinin təbliği istiqamətində əhəmiyyətli hesab edib, bu cür festivalların və musiqi bayramlarının daimi olmağını arzulayıb.

Konsertdə Ü. Hacıbəylinin “Koroğlu” uvertürası, Q. Qarayevin “İldırımlı yollarla” baleti və digər tanınmış Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub. Solistlərdən vokalçılar İlahə Əfəndiyeva və Gülnaz İsmayılova çıxış edib. Festivalın təşkilatçılarından biri olan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə tədbirə dəstək verən hər bir insana öz təşəkkürünü bildirib. Sonda Şəki şəhər İcra Hakimiyyəti adından F. Əlizadəyə Şəkini tərənnüm edən ipək xalça hədiyyə verilib.

Qeyd edək ki, III “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iyunun 30-dan iyulun 4-dək keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR