Bank Of Baku

Mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev: “Ermənilərin xəmiri bu cür yoğurulub, onların cavabını gərək tarix versin”

Mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev: “Ermənilərin xəmiri bu cür yoğurulub, onların cavabını gərək tarix versin”
# 06 iyul 2012 12:38 (UTC +04:00)
Nazir müavini APA-ya açıqlmasında ermənilərin bu baxımdan həddindən artıq “təşəbbüskar” olduqlarını vurğulayıb: “Ermənilər hiyləgər siyasət yeridərək heç bir əsası olmayan bir məsələni irəli sürür və bir müddətdən sonra bu məsələnin qaldırıla biləcəyini güman edirlər. Özləri də bu məsələnin yalan olduğunu bilə-bilə, əsassız şəkildə bunu edirlər. Qarabağla bağlı çox məsələlər irəli sürə bilərlər, amma dediyim kimi onların saxta işlərlə məşğul olduğunu artıq hamı qəbul edir. Biz bunların qarşısını almaq və ağızlarını yummaq üçün nələr etməliyik? Sözsüz ermənilərin hər bir hərəkəti beynəlxalq normalara, qaydalara ziddir. Onların xəmiri bu cür yoğurulub, onların cavabını gərək tarix versin”.

V. Əliyev deyib ki, həqiqətlərinin dünyaya çatdırılması üçün təşkilatların, dövlət qurumlarının vəzifəsi Azərbaycanda olan bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırmasıdır: “Bununla bağlı çoxsaylı işlər görülür, silsilə tədbirlər keçirilir. Bir faktı xatırlamaq istərdim ki, Nizami Gəncəvinin 800 illiyi ilə bağlı vaxtilə Stalin sərəncam verdi, müharibə getdiyi bir vaxtda onunla bağlı Sankt-Peterbuqrda tədbir keçirildi. O, artıq bununla möhür vurdu ki, Nizami Gəncəvi Azərbaycan şairidir. Bu gün Nizami Gəncəvi ilə bağlı kifayət qədər mübahisələr var. Üzeyir Hacıbəyliyə də bu gün əl uzadılır, amma tarix sübut edib ki, bu dahi şəxsiyyət məhz Azərbaycana məxsusdur. Əsas odur ki, biz daim çalışaq, haqq səsimizi çatdıra bilək və təbliğ edək. Əsas odur ki, gənclər bu tarixi faktları unutmasınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR