Bank Of Baku

Mədəniyyət və turizm nazirinin I müavini fonoqramdan yersiz istifadəyə nəzarətin gücləndiriləcəyini açıqlayıb

Mədəniyyət və turizm nazirinin I müavini fonoqramdan yersiz istifadəyə nəzarətin gücləndiriləcəyini açıqlayıb
# 07 iyul 2012 09:33 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev deyib. O, incəsənət ustalarının fonoqramdan yalnız məcburiyyət qarşısında qalanda istifadə etməsini uyğun görüb: “Sözsüz, bəzi məkanlarda şəraitsizlik üzündən və ya texniki problemin yaranmaması üçün fonoqramdan istifadə etmək mümkündür. Amma hər halda biz hər zaman fonoqramın əleyhinə olmuşuq və bununla bağlı dəfələrlə müvafiq addımlar atılıb. Xüsusən tarixi məkanlarda, əhəmiyyətli tədbirlərdə fonoqramdan istifadə yaxşı hal deyil”.

V. Əliyev fonoqramdan yersiz istifadə hallarının gələcəkdə daha çox nəzarətdə saxlanılacağını açıqlayıb. Nazir müavini bu məsələdə incəsənət ustalarının da diqqəti olmasını lazım bilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR