Bank Of Baku

Tanınmış rejissor Kşiştof Zanussi azərbaycanlı kinorejissorlara ustad dərsləri keçir - FOTOSESSİYA

Tanınmış rejissor Kşiştof Zanussi azərbaycanlı kinorejissorlara ustad dərsləri keçir - <font color=red>FOTOSESSİYA</font>
# 13 iyul 2012 09:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Nizami” Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının bazasında tanınmış polşalı kinorejissor Kşiştof Zanussi tərəfindən kinorejissorlar üçün ustad dərsləri başlayıb. APA-nın məlumatına görə, kinostudiyanın direktoru Müşfiq Hətəmov deyib ki, bu təcrübə mübadiləsi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.

Kinostudiya rəhbəri bu layihənin davamlı olacağını və azərbaycanlı rejissorlar üçün bir çox tanınmış rejissorların bu cür ustad dərslərinin təşkil olunacağını bildirib: “Bununla bağlı artıq müəyyən proqram hazırlanıb. Bu proqramda çoxsaylı tanınmış rejissor və ssenaristlər var. Sadəcə, hələ onların müəyyən qrafiki və maliyyə məsələləri var”.

M. Hətəmov Hollivud kino xadimlərinin də Bakıda ustad dərsləri verəcəyini istisna etməyib. Ustad dərslərində rejissorlar Elxan Cəfərov, İlqar Safat, Samir Kərimoğlu, Əli İsa Cabbarov, Asif Rüstəmov, Tahir Əliyev, Elçin Musaoğlu, Emin Mirabdullayev və digərləri iştirak edirlər.

İlk tanışlıq dərsində azərbaycanlı rejissorları salamlayan K. Zanussi, bu görüşün onun üçün maraqlı olduğunu deyib: “Hazırda sizə necə çətin olduğunu bilirəm. Azərbaycana kino sahəsinin parlaması və inkişafı mütləq lazımdır. Sizin çox böyük bazanız var və qürurlanacağınız nələrəsə sahibsiniz”.

Qeyd edək ki, K.Zanussinin ustad dərsləri gündə iki dəfə olmaqla iyulun 18-dək davam edəcək. Altı günlük təlimdə praktik və nəzəri biliklərin təkmilləşdirilməsi istiqamətində dərslər veriləcək, dünya kino sənətindəki yeniliklər, fərdi yaradıcılıq imkanları müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR