Bank Of Baku

ABŞ Dövlət Departamenti Qobustan Milli Tarix-Bədii Qoruğunu beynəlxalq muzeylər mübadiləsi proqramında tərəfdaş elan edib

ABŞ Dövlət Departamenti Qobustan Milli Tarix-Bədii Qoruğunu beynəlxalq muzeylər mübadiləsi proqramında tərəfdaş elan edib
# 20 iyul 2012 14:20 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. ABŞ Dövlət Departamenti Azərbaycanın Qobustan Milli Tarix-Bədii Qoruğunu beynəlxalq muzeylər mübadiləsi proqramında tərəfdaş elan edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qobustan Milli Tarix-Bədii Qoruğu ABŞ-ın Milli Hindu Tarixi Muzeyi və Smitsonian Milli Mədəni Tədqiqat İnstitutunun siyasət və təhlil şöbəsi ilə birgə “Qayalarda yazılanlar: Azərbaycan və Pueblo Hindu icmaları arasında əməkdaşlıq” adlı layihə üzərində işləyəcək. Ümumilikdə, Dövlət Departamenti 2012-ci ildə muzey mübadiləsi proqramı üçün on qalib layihə elan edib. Dövlət Departamentinin maarif və mədəniyyət məsələləri üzrə bürosunun və Muzeylər Assosiasiyasının birgə həyata keçirdiyi "Museums Connect" adlı proqram ABŞ icmalarını dünyada yaşayan müxtəlif icmalarla muzey mübadiləsi layihələri vasitəsilə birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR