Cəmil Quliyev: “Cəmil Həsənli haradan bilir ki, biz Kinematoqrafçılar İttifaqının iclasında problemlərdən danışmamışıq, məgər o iclaslarda iştirak edirdi?”
Mehriban Vəzir və Cəmil Həsənlinin ona qarşı ittihamlarını cavablandıran Cəmil Quliyev bildirib ki, onların əl atdığı yollardan biri Rüstəm İbrahimbəyovun müdafiəsini təşkil etməkdir: “Rüstəm İbrahimbəyovun onların vəkilliyinə ehtiyacı yoxdur, onun kifayət qədər savadı və vəsaiti var ki, özünə vəkil tutsun. Mehriban Vəzir və Cəmil Həsənliyə bir neçə tövsiyəm var. irincisi, siyasətlə sənət arasında böyük fərq var, onlar bunu unutmasınlar. Siyasətdə aparılan oyunlar sənətdə keçmir. Kino sənətinin xüsusiyyətlərini və Kinematoqrafçılar İttifaqının daxilində gedən prosesləri yaxşı öyrənib sonra insanları ittiham etmək lazımdır. Bizim ünvanımıza boş-boşuna ittiham yağdırmasınlar. Bu, insanlarda gülüş doğurur. Cəmil Həsənli deyir ki, guya mən və Oqtay Mirqasımov heç vaxt İttifaqın iclaslarında problem haqqında danışmamışıq. Cəmil Həsənli haradan bilir ki, biz iclasımızda problem haqqında danışmışıq, ya yox? Yoxsa bizim iclaslarda İttifaqın katibi kimi iştirak etmisiniz? Siz yalnız Rüstəm İbrahimbəyovun bağında və evində məclislərdə iştirak edibsiniz və ondan bizə qarşı təlimatlar alıbsınız. Bunu hamı bilir”.
Quliyev bildirib ki, Oqtay Mirqasımov dəfələrlə iclaslarda Rüstəm İbrahimbəyovun apardığı siyasəti təndiq edib, lakin İttifaqın katibləri onu heç vaxt dəstəkləməyib və o etiraz edərək İttifaqın iclaslarında daha iştirak etməyib.
"Bunun əvəzində Oqtay Mirqasımova qarşı İttifaqda kampaniya aparılıb. İmzalar toplanılıb və 2008-ci il İttifaqın qurultayında İttifaqın siyasətini tənqid etdiyinə görə Oqtay Mirqasımov katib seçilməyib. İttifaqda hər zaman demokratiya və açıq sözə qarşı mübarizə aparılıb. 2001-ci ildə mən və Vaqif Mustafayev Azərbaycan kinoteatrında keçirilən konfransda İttifaqın apardığı siyasəti ciddi tənqid etdik. Təxminən bir neç aydan sonra Rüstəm İbrahimbəyov öz əlaqələri vasitəsilə məni "Yaddaş" dövlət kinostudiyasından işdən çıxartdırdı. İttifaqın 2 il bundan qabaq keçirilən iclasında mən Rüstəm İbrahimbəyova söylədim ki, iclaslarda siyasi məsələlərə qətiyyən toxunmaq olmaz. Bu, yaradıcı ittifaqdır və yaradıcı işlərlə məşğul olmalıdır. Etiraz edərək mən ondan sonra İttifaqın heç bir iclasında iştirak etmədim", - Dövlət Film Fondunun direktoru vurğulayıb.
Quliyev Mehriban Vəzirin ittihamlarını da cavablandırıb: “Mənim Rüstəm İbrahimbəyovla yaş fərqim o qədər də çox deyil. Öz mövqeyimi bildirməyə yaş fərqinin heç bir dəxli yoxdur. Deyirsiniz ki, mənim yaradıcılığım Rüstəm İbrahimbəyovun yaradıcılığı ilə yanaşı dura bilməz. Mən sizə demək istərdim ki, kino sahəsində savadım kifayət qədər çoxdur. Savadım olmasaydı, Rüstəm İbrahimbəyov məni Kinematoqrafçılar İttifaqının katibi seçməzdi. Mən Rüstəm İbrahimbəyova daş atmıram, əksinə o, top atıb Kinematoqrafçılar İttifaqını parçaladı. Mən sadəcə, öz mövqeyimi bildirmişəm. Biz yeni təşkilatıq, bu təşkilatın fəaliyyəti çoxunu narahat edir, çünki biz işləyəcəyik və köhnə ittifaqın fəaliyyətsizliyi üzə çıxacaq".
Qeyd edək ki, Mehriban Vəzir mətbuata açıqlamasında bildirib ki, Cəmil Quliyev İbrahimbəyovdan qat-qat cavandır və yaradıcılığı müqayisəyə gəlmir. Özündən çox yuxarıda dayanana daş atmağa başlayır. Cəmil Həsənli isə mətbuata açıqlamasında deyib ki, Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqında baş verənlərə heç vaxt etiraz etməyib.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Siyəzəndə evdən meyit tapılıb
İordaniyada kilsəyə silahlı hücum edənlər tutulub
AzInTelecom tərəfindən 85 mindən çox saxta IMEI kod bloklanıb
"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələr nədən qaynaqlanır? - Mətbuat Şurasının şərhi
Bakıda Yeni Ramana küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Xətai rayonunda kafedə qətllə bağlı 11 nəfər həbs edilib - BİRGƏ MƏLUMAT - VİDEO
"AccessBank"ın sədri: "Bank Respublika" ilə birləşməyə dair sövdələşmə tamamlanıb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
Nyu-York birjasında təbii qazın qiyməti azalır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Rusiyada yük qatarının 20 vaqonu relsdən çıxıb, yanğın baş verib
Çexiyada ictimai televiziyanın maliyyələşdirilməsi ilə bağlı hökumətin planlarına qarşı etirazlar keçirilib
WSJ: ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür
Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gəlib
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb